ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC "Abşeronneft" NQÇİ-nin mədən ərazilərindəki yaşıllıq sahələrinə yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir

ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi prioritet layihələrdən biri də, “Abşeronneft” NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərinin yaşıllaşdırılması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir.

2010-cu ildən başlayaraq “Abşeronneft” NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazisinin 5 hektara qədər sahəsində minlərlə müxtəlif növ ağaclar (eldar şamı, zeytun, iydə və s.) əkilmiş və bitkilərə aqrotexniki xidmətlər göstərilmişdir. Bitkilərin su təchizatının yaxşılaşdırılması məqsədilə sahələr damcı suvarma sistemləri ilə təmin edilmişdir.
Hazırda QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin 1-ci sahəsi layihə ərazisində 8 min 850 ədəd müxtəlif ağac növlərinə yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir. Yaz mövsümünə hazırlıq işləri ilə əlaqədar yaşıllıq sahələrində abadlaşdırma və budama işləri başa çatdırılmış, ağacların diblərinin boşaldılması, gübrələrin verilməsi istiqamətində isə işlər davam etdirilir.
Həyata keçirilən yaşıllaşdırma tədbirləri nəticəsində “Abşeronneft” NQÇİ-nin bir zamanlar neftlə çirklənmiş mədən əraziləri indi yaşıllıqlara bürünmüş və ərazinin ekoloji vəziyyəti xeyli dərəcədə yaxşılaşmışdır.
 
 
 
 



tarix : 13.03.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.