ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"BibiHeybətneft" NQÇİ-nin mədən ərazisindəki yaşıllıq sahələrində mövsümi işlər geniş vüsət almışdır

Yazın gəlişi ilə əlaqədar olaraq, "Ekol Mühəndislik Xidmətləri QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) Neftqazçıxarma idarələrinin, o cümlədən "BibiHeybətneft" NQÇİ-nin mədən ərazilərində, aqrotexniki xidmət göstərdiyi yaşıllıq sahələrində mövsümi işlər geniş vüsət almışdır.

TRD-nin 3-cü sahəsinin xidmət göstərdiyi "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində mövsümi işlərlə əlaqədar, yaşıllıq sahəsindəki damcı suvarma sistemində profilaktiki təmiri, eləcə də ağacların diblərinin boşaldılması, budanması, bitkilərə gübrələrin verilməsi işləri başa çatdırılmışdır. Hazırda sahələrin alaq otlarından təmizlənməsi işləri yerinə yetirilir.
Qeyd edək ki, TRD-nin 3-cü sahəsi bu ərazidə 49 mindən çox ağac və kol bitkilərinə aqrotexniki xidmət göstərir. Ərazidə 320 m2-lik istixana kompleksi tikilərək ilin əvvəlində istifadəyə verilmiş və istixanaya 11 minə qədər müxtəlif bitki növləri (həmişəyaşıl oleyandr, sərv, şərq tuyası, tək göz evkalipt, milesiya, tut və s.) əkilmişdir.
Yaz mövsümündə istixanada yetişdirilmiş 650 ədədə qədər müxtəlif növ ağac və kol bitkiləri çıxarılaraq sahəyə və dibçəklərə əkilmiş, bu bitkilərə aqrotexniki qulluq göstərilməsinə başlanılmışdır. TRD-nin 3-cü sahəsinin əməkçiləri "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisindəki yaşıllıq sahələrində zəruri aqrotexniki tədbirlərin həyata keçirilməsini davam etdirir.
 
 

tarix : 28.03.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.