ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də İSO beynəlxalq standartları üzrə keçirilmiş auditin nəticələri ilə əlaqədar toplantı keçirilmişdir

      Fəaliyyətini beynəlxalq standartlar səviyyəsində quran "Ekol Mühəndislik Xidmətləri" QSC, öz istehsalat sahələrində İSO standartlarının tələblərinə əməl olunması və baş vermiş uyğunsuzluqların vaxtında aradan qaldırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirir.

        Məlum olduğu kimi,  inteqrə edilmiş menecment sistemlərinin tələblərindən biri də  rəhbərlik tərəfindən fəaliyyətin beynəlxalq standartlara uyğunluğunu və onun effektivliyini mütəmadi olaraq təhlil etməkdən ibarətdir. Bu təhlilin əsasını isə müəssisədə keçirilən auditlərin nəticələri, sifarişçilərin tələblərini nəzərə almaqla onların məmnuniyyətinin qiymətləndirilməsi, aşkar edilmiş uyğunsuzluqlar və onların  aradan qaldırılması  kimi məsələlər təşkil edir.
          Bununla əlaqədar olaraq, cari ilin fevral-mart aylarında  QSC-nin struktur bölmələrində   daxili audit  keçirilmiş, aprelin 3-də isə  auditin  nəticələrinin təhlili ilə əlaqədar  QSC-nin  və müvafiq struktur  bölmələrinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilmişdir.
       Beynəlxalq standartlar üzrə rəhbərliyin nümayəndəsi Natella Şəfiyeva QSC-nin struktur bölmələrində keçirilmiş auditin nəticələri barədə toplantı iştirakçılarına  ətraflı məlumat vermişdir. O, qeyd etmişdir  ki, keçirilən auditin nəticələri göstərir ki, QSC-nin istehsalat sahələrində İSO standartlarına yüksək səviyyədə əməl olunmaqla yanaşı, fəaliyyətimizdə bəzi uyğunsuzluqlar da müşahidə edilir ki, bunlar da qısa zamanda aradan qaldırılmalıdır.
      Baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov və baş direktorun  SƏTƏM üzrə müavini Rəşad İsmayılov  mövzu ətrafında   çıxış edərək, aşkar olunnmuş uyğunsuzluqları  struktur bölmələrinin rəhbərlərinin diqqətinə çatdırmış və  onların qısa zamanda aradann qaldırılması üçün müvafiq tapşırıqlarını vermişlər.
     Toplantıda  mövzu ətrafında  geniş müzakirələr aparılmış və aşkar edilmiş uyğunsuzluqların həlli yolları barədə müvafiq qərarlar qəbul edilmişdir.   Əminliklə qeyd olunmuşdur ki, bu toplantıda qəbul olunmuş qərarlar inteqrə edilmiş menecment sistemlərinin davamlı inkişafına və proseslərin effektiv işləməsinə təkan verəcəkdir.


tarix : 05.04.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.