ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində iməcilik keçirilmişdir

 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə aprel ayının 13-dən başlayaraq may ayının 4-dək hər şənbə günü respublikamızın hər yerində, eləcə də ARDNŞ-də və onun tabeçiliyində olan təşkilatlarda iməciliklərin, ağacəkmə aksiyalarının və digər məqsədyönlü tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

 Bununla əlaqədar olaraq, aprelin 13-də ARDNŞ-nin, "Azneft" İB-nin və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbərliyinin və kollektivinin iştirakı ilə "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində iməcilik keçirilmişdir. İməcilikdə yüksək ruh yüksəkliyi ilə iştirak edənlər yaşıllıq sahələrindəki bitkilərə qulluq göstərmiş və həmin ərazidəki yeni sahədə 1 600-ə qədər zeytun ağacı əkmişlər.
 Bununla yanaşı, aprelin 13-də ulu öndərin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar "Ekol Mühəndislik Xidmətləri" QSC-nin bütün istehsalat sahələrində iməcilik təşkil olunmuş və bu iməcilikdə kollektivin çoxsaylı nümayəndələri iştirak etmişlər.
 İməcilikdə QSC-nin Heydər Əliyev adına BNEZ-nun, "Azərneftyağ" NEZ-nun ərazisindəki istehsalat sahələrində, eləcə də "Abşeronneft" NQÇİ-nin, "BibiHeybətneft" NQÇİ-nin, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində və ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində təmizlik və abadlıq işləri aparılmış,  yeni ağaclar əkilmişdir.
 QSC-də may ayının 4-dək, hər şənbə günü Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş iməciliklərin keçirilməsi nəzərdə tutulmuşdur.
 

 



tarix : 13.04.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.