ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Tullantıların Emalı Departamenti 2013- cü ilin I-ci rübündə müsbət nəticələr əldə etmişdir

2012-ci ili uğurlu nailiyyətlərlə başa vurmuş QSC-nin Tullantıların Emalı Departamenti (TED) 2013-cü ilin I-ci rübündə müsbət nəticələr əldə etmişdir. Ötən ildə olduğu kimi TED cari ilin I-ci rübündə "Sifarişçi" məmnunluğunun qazanılmasını, texnoloji proseslərin təkmilləşdirilməsini, istehsalat sahələrinə yeni texnika və texnologiyaların tətbiqini, həmçinin istehsalat proseslərinin fasiləsizliyinin təmin olunmasını hədəf seçərək, bu istiqamətdə zəruri tədbirlər həyata keçirmişdir.

I-ci rübdə Heydər Əliyev adına BNEZ-dan TED-nin 6-cı sahəsinin ( BNEZ-nun 9-cu sexin ərazisi) mexaniki təmizləyici qurğularına daxil olan 2 milyon 244 min m3-dən çox sənaye çirkab suları neft məhsullarından və mexaniki qarışıqlardan təmizlənmiş ( o cümlədən; yanvar ayında 747 205 m3, fevral ayında 699 865 m3, mart ayında isə 797 035 m3 ), texnoloji proseslər nəticəsində formalaşan 6 min 490 tona qədər neftşlam müasir texnologiyalarla emal edilərək zərərsizləşdirilmişdir.

Ötən üç ayda TED-nin 7-ci sahəsində də (“Azərneftyağ” NEZ-nun 8-ci sexinin ərazisi) işlər yüksək səviyyədə təşkil olunmuşdur. Bu müddət ərzində 7-ci sahədə 2 milyon 917 min m3-ə qədər sənaye çirkab suları təmizlənmiş ( o cümlədən; yanvar ayında 1 005 100 m3, fevral ayında 907 200 m3, mart ayında isə 1 004 400 m3 ), 2 730 tona qədər neftşlam emal edilmişdir. Rüb ərzində TED-nin 8-ci sahəsinə “ AAS-Ekol ” MMC-dən müqavilə əsasında daxil olan 58,5 tona qədər ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılmışdır.

2013-cü ilin I-ci rübündə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin ayrı-ayrı “Sifarişçi” təşkilatlarından, o cümlədən “AA Services”, “AAS-ATE” MMC, “Surakhany Oil Operation Company S.A.”, ARDNŞ-nin Ekologiya İdarəsi, İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi, Qaz Emalı Zavodu, “AAS-Ekol” MMC və s. 19 min 592 ton/m3 müxtəlif növ tullantılar (şlam, neftşlam, yağlı su və torpaq, məişət-təsərrüfat çirkab-axıntı suları, neftli-yağlı və mexaniki qarışıqlı tullantılar və s.) TED tərəfindən qəbul edilərək emal olunmuşdur.

TED "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi prioritet ekoloji layihələrin icrasında da yaxından iştirak etmiş, layihə ərazilərindəki süni gölməçələrin qurudulması sahəsində işləri operativ olaraq yerinə yetirmişdir. Cari ilin I-ci rübündə TED-nin məqsədyönlü fəaliyyəti nəticəsində, Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən 414 535 m3 fekal suları kənarlaşdırılmışdır. Eyni zamanda, Bakı Ağ Şəhər layihəsi ərazisində yerləşən, Heydər Əliyev adına BNEZ-nun köhnə çənlər parkı sahəsindəki gölməçədən 14 400 m3, "Azərneftyağ" NEZ-nun layihə ərazisindəki əvvəlki istehsalat sahəsi olan gölməçələrdən isə 8000 m3 sənaye çirkab sularının nəqli işləri müvəffəqiyyətlə yerinə yetirilmişdir.

QSC-nin TED hazırda müxtəlif növ tullantıların idarə olunması, emal edilməsi və zərərsizləşdirlməsi sahəsində  fəaliyyətini texnoloji reqlamentə uyğun və yüksək templə davam etdirir.
 


tarix : 16.04.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.