ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) 2013-cü ilin l rübünü yüksək nailiyyətlərlə başa vurmuşdur

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) ötən illərdə olduğu kimi 2013-cü ilin I-ci rübündə də təsdiq edilmiş iş planına uyğun olaraq, "Sifarişçi" təşkilatların istehsalat sahələrində ekoloji monitorinq işlərinin aparılması, müəssisə və təşkilatlar üçün ekoloji normativ-texniki sənədlər işlənib hazırlanmış və laborator xidmətlərin göstərilməsi işlərini yüksək keyfiyyətlə yerinə yetirmişdir.

Cari ilin I-ci rübündə ARDNŞ-nin “Azneft” İB ilə bağlanmış müqaviləyə əsasən, EMD-nin Səyyar monitorinq xidməti tərəfindən “28 May” NQÇİ, “Neft Daşları”, “Abşeronneft” və N.Nərimanov adına NQÇİ-də, eləcə də "Kompleks qazma İşləri" Trestinin “Qazmaservis və Loqistika” İdarəsi, Tamponaj idarəsi və “Abşeron” Qİİ-də monitorinq işləri aparılmış və rüblük hesabat tərtib edilərək sifarişçiyə təqdim olunmuşdur. Ətraf mühitə təsirin dərəcəsindən asılı olaraq aparılan monitorinq müşahidə materialları differensiallaşdırılmış və onların ekosistemə təsirinin azaldılması məqsədi ilə konkret təkliflər hazırlanaraq həyata keçirilməsi tövsiyə edilmişdir.
ARDNŞ-nin Qaz Emalı Zavodu ilə QSC arasında bağlanmış müqaviləyə əsasən 2013-cü ilin I-ci rübü ərzində zavodun istehsalat fəaliyyətinin ətraf mühitə ümumi antropogen təsirləri təhlil olunmuş, qaz emalı zamanı istehsal sahələrində formalaşan çirkab axıntı sularının utilizasiya mexanizmi tədqiq edilmişdir. İstehsal zonasında müəyyən olunmuş stansiyalar üzrə atmosferin çirklənməsi və radiasiya fonunun müəyyən edilməsi üzrə ölçmə işləri aparılaraq sanitar epidemioloji vəziyyətin parametrləri tədqiq olunmuşdur.
Ötən üç ay ərzində EMD müqavilə əsasında Balaxanı, Sabunçu-Ramana və Kürdəxanı yataqlarında fəaliyyət göstərən “Balakhanı Operating Company LTD”-nin Azərbaycan Respublikasındakı filialının istehsalat sahələrində də monitorinq işləri aparmışdır. Monitorinq zamanı 7 saylı NQÇ sexinin (Balaxanı yatağı) mədən axıntı - çirkab sularının utilizasiyası, bu suların ətraf mühitə ümumi antropogen təsirləri müəyyən edilmişdir. Bununla yanaşı, neft hasilatı zamanı formalaşan lay sularının utilizasiya sahəsinə nəql sistemləri və onların utilizasiya mexanizmi tədqiq olunmuşdur. Monitorinq aparılan bütün hasilat və qazma müəssisələrinin axarlarından götürülmüş axıntı su nümunələrində tələb olunan inqrediyentlər üzrə laborator təhlilləri aparılmışdır.
Bununla yanaşı, cari ilin yanvar ayında EMD-nin mütəxəssisləri ARDNŞ-nin Ekologiya İdarəsinin nümayəndələri ilə birgə “Bakı Ağ Şəhər” layihəsi ərazisindən turş qudron və qumbirin nümunələrinin götürülməsində iştirak etmişlər. Həmçinin, EMD tərəfindən bu layihə ərazisində (“Azərneftyağ” Neft Emalı Zavodunun keçmiş 19 saylı sexin sahəsində) yerləşən neft gölməçələrində monitorinq işləri aparılmış və hesabatlar hazırlanmışdir.
Cari ilin I-ci rübündə EMD-nin Normativ-Texniki Sənədlərlə İş şöbəsi “Azgerneft” MMC və “Surakhanı Oil Operation Kompany S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ekoloji normativ-texniki sənədlərinin müqavilə üzrə işlənib hazırlanmasını davam etdirmişdir. “Azkontakt” MMC-nin ekoloji normativ sənədlərinin işlənib hazırlanması işləri başa çatdırılmış və aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra sifarişçiyə təhvil verilmişdir. Rüb ərzində “Azneft” İB-nin “Abşeronneft”, “Neft Daşları” və “28 May” NQÇİ üçün Su Təsərrüfatı Pasportlarının işlənib hazırlanması işləri davam etdirilmiş, “Star Beton Production” MMC-nin və “Balakhanı Operating Company LTD” Şirkətinin Azərbaycan Respub​lika​sındakı filialının isə ekoloji normativ-texniki sənədlərinin işlənib hazırlanması üçün məlumatların toplanması və digər işlərin icrası yerinə yetirilmişdir.
Eyni zamanda, müvafiq dövrdə ARDNŞ-nin “Azneft” İB-nin “28 May” NQÇİ, “Abşeronneft” NQÇİ, Ə.Əmirov adına NQÇİ, H.Z.Tağıyev adına NQÇİ, Muradxanlı İNM, Qaz Anbarları İstismarı İdarəsi, Qobustan Nəqliyyat İdarəsi, Tamponaj və Layların Neftverimi Artırılması İdarəsi üçün Buraxıla Bilən Axıntı Həddi Normativləri layihəsi və Muradxanlı İNM üçün Su Təsərrüfatı Pasportu ekoloji normativ–texniki sənədlərinin işlənib hazırlanmasını nəzərdə tutan müqavilələr bağlanılmışdır.
Cari ilin birinci rübündə EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) da fəaliyyətini günün tələbləri səviyyəsində qurmuşdur. İlin ilk üç ayı ərzində KTL QSC-nin xidmət sahələrində istismarda olan qurğulardan götürülmüş 411 axıntı suları və neft-şlam nümunələrində 892 fiziki-kimyəvi təhlillər aparmışdır. Ümumilikdə isə rüb ərzində EMD-nin Səyyar monitorinq xidməti tərəfindən "Sifarişçi" təşkilatların istehsalat sahələrində keçirilən monitorinqlər zamanı götürülmüş 576 nümunə üzərində KTL tərəfindən 1 951 fiziki-kimyəvi və kimyəvi təhlillər aparılmışdır. Eyni zamanda, I rübdə KTL-də istifadə edilən cihaz və avadanlıqlar Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-sınaq Mərkəzi tərəfindən növbəti yoxlamadan keçirilmişdir.
Ötən rübdə QSC-də İnteqrə edilmiş menecment sistemlərinin daxili auditi keçirilmişdir. Audit zamanı aşkar edilmiş uyğunsuzluqlar barəsində düzəldici tədbirlər müəyyən edilmiş, uyğunsuzluqların aradan qaldırılması və izlənməsi təmin edilmişdir. Həmçinin, Türk Standartları İnstitutunun auditorları tərəfindən aparılacaq İnteqrə edilmiş menecment sistemlərinin üçüncü tərəf auditinə hazırlıq işləri görülmüşdür.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Ekoloji Monitorinq Departamenti qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində fəaliyyətini səylə davam etdirilir.
 
 
 
 


 

tarix : 19.04.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.