Aprelin 20-də "Ekol Mühəndislik Xidmətləri" QSC-də növbəti iməcilik keçirilmişdir. Kollektivin çoxsaylı nümayəndələrinin iştirakı ilə keçirilən iməcilik QSC-nin bütün istehsalat sahələrini əhatə etmişdir.
İməcilikdə QSC-nin xidmət göstərdiyi Heydər Əliyev adına BNEZ-nun ,və "Azərneftyağ" NEZ-nun istehsalat sahələrində, eləcə də "Abşeronneft", "BibiHeybətneft", H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində və ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində olan yaşıllıq sahələrində təmizlik və abadlıq işləri aparılmış, sahələr alaq otlarından təmizlənmişdir. QSC-də növbəti iməciliyin aprel ayının 27-də keçirilməsi nəzərdə tutulmuşdur.
tarix : 22.04.2013
|