ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ” nə həsr olunmuş tədbir keçirilmişdir

Aprelin 26-da "Ekol Mühəndislik Xidmətləri" QSC-də “Peşə xəstəliklərinin profilaktikası” devizi altında “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirə QSC-nin rəhbərliyi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri, mühəndis və texniki işçilər qatılmışlar. QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov tədbirdə çıxış etmişlər.

 Qeyd olunmuşdur ki, Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada hər il istehsalatda təxminən 270 milyon bədbəxt hadisə baş verir. Nəticədə 2 milyondan artıq insan həlak olur və milyonlarla insan ömürlük şikəstliyə düçar olur. Bütün bunlar dünyada əməyin mühafizəsi işinin daha çox aktuallıq kəsb etməsinə səbəb olub və cəmiyyətin diqqətini insanların taleyinə, onların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması məsələsinə yönəltmək məqsədilə, Beynəlxalq Əmək Təşkilatı 28 apreli "Ümumdünya Əməyin Mühafizəsi Günü" elan etmişdir. 2004-cü ildən etibarən Azərbaycanda da "Ümumdünya Əməyin Mühafizəsi Günü" dövlət səviyyəsində qeyd olunur. Hər il bir mövzuya həsr olunmuş bu günü 2013-cü ildə "Peşə xəstəliklərinin profilaktikası" devizi altında keçirilməsinə qərar verilmişdir.

Çıxışlarda "Ümumdünya Əməyin Mühafizəsi Günü" ilə əlaqədar QSC üzrə həyata keçirilən tədbirlər, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına yönəldilmiş təşkilati, texniki və sanitar-profilaktiki işlər haqqında geniş məlumat verilmiş, bu məsələnin daim diqqət mərkəzində olduğu xüsusilə vurğulanmışdır.

Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov öz çıxışında QSC-nin Əməyin mühafizəsi üzrə Daimi Fəaliyyət göstərən Komissiyanın fəaliyyətindən danışmış, bu sahədə görülən müsbət işlərlə yanaşı mövcud nöqsanlar və onların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, “Peşə xəstəliklərinin profilaktikası” devizi altında QSC-də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur ki, bu tədbirlərdə də işçilərin iştirakı maksimum dərəcədə təmin ediləcəkdir.

Tədbirin sonunda əməyin mühafizəsi sahəsində göstərdikləri yüksək peşəkarlığa görə, QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 8-ci sahəsinin operatoru Nəvai Əsədov, 7-ci sahəsinin elektrik mantyoru Taleh Məmmədov və Elektromexanika sexinin çilingəri Tural Ağayev QSC rəhbərliyinin "Təşəkkürnamə"si ilə təltif olunmuşlar.
 
 
 

tarix : 30.04.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.