ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də Türkiyənin Nano Tech Texnology Concept LTD şirkətinin nümayəndələri ilə növbəti görüşlər keçirilmişdir

Aprelin 29-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin O.Vəliyev 1 ünvandakı istehsalat sahəsində Türkiyənin Nano Tech Texnology Concept LTD şirkətinin nümayəndələri ilə növbəti görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin mərkəzi aparatının, "Azneft" İB-nin, Ekologiya İdarəsinin, Heydər Əliyev adına BNEZ-nun, "Azərneftyağ" NEZ-nun, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbər işçiləri və mütəxəssisləri, eləcə də Türkiyənin Nano Tech Texnology Concept LTD şirkətinin nümayəndələri Ayhan Doyuk, Filiz Nabiyeva, Fazlı Eyubler və Murat Gungör iştirak etmişlər.

QSC-nin baş direktoru Ramil Əliyev görüş iştirakçılarını salamlayaraq görüşün məqsədi barədə məlumat vermiş və bu görüşdən müsbət nəticələr əldə olunacağına əminliyini bildirmişdir. O, qeyd etmişdir ki, bu görüş sənaye-çirkab sularının və neftlə çirklənmiş torpaqların təmizlənməsinin, eləcə də neftşlamın emalının nanotexnologiyalarla həyata keçirilməsi istiqamətində ARDNŞ-nin QSC qarşısında qoyduğu vəzifələrin icrası sahəsində keçirilən görüşlər silsiləsindəndir. Sonra söz Ayhan Doyuka təqdim olunmuşdur.
Ayhan Doyuk öncə görüş iştirakçılarını salamlamış və martın 5-də QSC-də keçirilən görüşdə aparılan müzakirələrin davamı olaraq əyani təqdimatın keçirilməsinə zərurət yarandığını qeyd etmişdir. O, təmsil etdiyi şirkətin istehsalı olan "AyDo" ionlaşdırılmış suyunun təsir dairəsi və dərəcəsi, həmçinin bu istiqamətdə həyata keçirdikləri layihələr barədə geniş məlumat vermişdir. Sonra o, QSC-nin istehsalat sahəsindəki qurğuların giriş və çıxışından götürülmüş sənaye-çirkab su nümunələrinin, həmçinin lay sularının nanotexnologiyalarla təmizlənməsi üsullarını və əldə olunan nəticələri əyani olaraq nümayiş etdirmişdir.
Daha sonra Ayhan Doyuk təmizlənmə prosesində istifadə olunan qurğuların texniki xarakteristikaları və texnoloji proseslərdə istifadə olunan ionlaşdırılmış su haqqında geniş məlumat vermiş, geniş müzakirələrdə ona ünvanlanmış çoxsaylı sualları ətraflı şəkildə cavablandırmışdır. Sonda QSC-nin baş direktoru Ramil Əliyev maraqlı və ətraflı təqdimata görə Ayhan Doyuka görüş iştirakçıları adından təşəkkürünü bildirmişdir.
Aprelin 30-da QSC-nin baş ofisində Türkiyənin Nano Tech Texnology Concept LTD-nin nümayəndələri ilə təkrar görüş keçirilmiş, neftlə çirklənmiş torpaqların təmizlənməsinin, həmçinin neftşlamın və qudronun emalının nanotexnologiyalarla həyata keçirilməsi məsələləri geniş müzakirə olunmuşdur. Qərara alınmışdır ki, gələcək əməkdaşlıq əlaqələrinin istiqamətlərinin müəyyən edilməsi məqsədilə, Nano Tech Texnology Concept LTD QSC-nin istehsalat sahələrindən götürülmüş nümunələr əsasında ayrı-ayrı sahələr üzrə texnologiyalar, tətbiq ediləcək qurğular, texniki-iqtisadi və digər məsələlər barədə konkret təkliflər paketi hazırlayaraq "Ekol Mühəndislik Xidmətləri" QSC-nə təqdim etsin.

 

tarix : 02.05.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.