ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Respublikamızın hər yerində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü böyük təntənə ilə qeyd edilir və silsilə tədbirlər həyata keçirilir. Azərbaycanın memarı və respublikamızın inkişafında misilsiz xidmətləri olan bu tarixi şəxsiyyətin ölməz ruhu dərin ehtiramla yad edilir.

“Ekol Mühəndislik Xidmətləri” QSC-də də ildönümü ərəfəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu münasibətlə QSC-də nərd turniri, iməciliklər və istehsalat sahələrində ulu öndərin həyat və fəaliyyətini əks etdirən stendlər təşkil olunmuşdur. Mayın 10-da isə QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri ARDNŞ-nin rəhbərliyinin və kollektivi ilə birgə Fəxri Xiyabanda olmuş, ulu öndərin məzarı önünə tər çiçəklər düzülmüş və əziz xatirəsi sükutla yad edilmişdir. Sonra QSC-nin baş ofisində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər, QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun məsləhətçisi Kamil Akimov, Ekoloji Monitorinq Departamentinin rəisi Şahabiddin Albuşov, YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev və YAP Nizami rayon təşkilatını aparatının rəhbəri Ramil Vəlibəyli ulu öndərin həyat və fəaliyyətindən böyük ruh yüksəkliyi ilə danışmışlar. Natiqlər müstəqilliyimizin əldə edilməsində, suverenliyimizin qorunub saxlanılmasında, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsində Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərindən, onun həyatımızın bütün sahələrindəki fəaliyyətindən və əsasını qoyduğu neft strategiyasının ölkəmizə qazandırdığı uğurlardan ətraflı bəhs etmişlər. Qeyd olunmuşdur ki, suveren Azərbaycan dövlətinin qurucusu və memarı, fenomen şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti gənc nəsillər üçün əvəzsiz bir örnəkdir və onun unudulmaz xatirəsi daim ürəklərdə yaşayacaqdır. Çıxışlarda ulu öndərin ideyalarının həyata keçirilməsi, respublikamızın iqtisadi qüdrətinin yüksəldilməsi və daha da çiçəklənməsi naminə layiqli töhfələrin verilməsi hər bir kəsin vətəndaşlıq və mənəvi borcu olması xüsusilə vurğulanmışdır.
Tədbirdə ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video çarx nümayiş etdirilmişdir. Sonda kollektivin bir qrup gənc üzvünə YAP nizami rayon təşkilatı tərəfindən yaradılmış "Heydər Əliyev irsini öyrənirik" məktəbinin 7 nəfər fəal dinləyicilərinə sertifikatlar təqdim olunmuş, 4 nəfər YAP sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr verilmişdir. QSC-nin baş direktoru Ramil Əliyev və YAP "Ekol" ilk ərazi təşkilatının digər 3 nəfər fəal üzvü isə respublikamızın ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Nizami rayon təşkilatının Fəxri Fərmanına layiq görülmüşlər.

tarix : 10.05.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.