ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Abşeronneft" NQÇİ-nin mədən ərazilərində yaşıllaşdırma tədbirləri geniş vüsət alır

"Ekol Mühəndislik Xidmətləri" QSC “Azneft” İB ilə birgə NQÇİ-nin reabilitasiya olunmuş mədən ərazilərinin yaşıllaşdırılması və ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərini davam etdirir. Bu sahələrdən biri də "Abşeronneft" NQÇİ-nin mədən ərazisidir. 2010-cu ildən başlayaraq bu ərazidə QSC və “Azneft” İB tərəfindən minlərlə müxtəlif növ ağac növləri (eldar şamı, zeytun, iydə və s.) əkilmiş və bitkilərə aqrotexniki xidmətlər göstərilmişdir.

"Ekol Mühəndislik Xidmətləri" QSC Torpaqların Rekultivasiyası Departamentinin (TRD) I-ci sahəsi hazırda 10 hektara qədər ərazidə 9 min 950 ədəd müxtəlif ağac növlərinə aqrotexniki xidmətlər göstərir. Yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə cari ilin aprel-may aylarında "Abşeronneft" NQÇİ tərəfindən bu ərazilərdə 1 100 ədəd müxtəlif ağac növləri əkilmişdir . Yaz mövsümü ilə əlaqədar ağacəkmə kompaniyası davam etdirilir.
"Abşeronneft" NQÇİ yaşıllıq sahələrində bitkilərin normal inkişafı və su təchizatının yaxşılaşdırılması məqsədilə sahələr damcı suvarma sistemləri ilə təmin edilmişdir. Yaz mövsümü ilə əlaqədar QSC TRD-nin 1-ci sahəsi yaşıllıq ərazilərinin alaq otlarından təmizlənməsi, ağacların diblərinin boşaldılması və gübrələrin verilməsi kimi mövsümü işləri yüksək templə davam etdirir. Bununla yanaşı TRD "Abşeronneft" NQÇİ-nin inzibati binasının ətrafında gül kollarının əkilməsi və mövcud ağaclara aqrotexniki xidmətlərin göstərilməsi işlərini də yerinə yetirir.

tarix : 15.05.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.