ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələri öz simasını dəyişir

Qeyd olunduğu kimi, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyət sahələrinin genişləndirilməsi, maddi-texniki bazasının gücləndirilməsi məqsədilə, 2009-cu ildə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hovsan yolu ünvanda yerləşən, ümumi sahəsi 414.3 m2 təşkil edən və ARDNŞ-nin balansında olmuş qeyri-yaşayış sahəsi xidməti məqsədlər üçün QSC-nin istifadəsinə verilmişdir.

A-4 qurğusu adlandırılan bu qeyri-yaşayış sahəsi QSC-nin müvafiq struktur bölmələrinin yerləşdirilməsi və yeni fəaliyyət sahələri üçün nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq 2010-cu ilin əvvəlindən başlayaraq bu sahədə müasir əsaslı təmir, rekonstruksiya və abadlaşdırma işləri aparılmış, sahənin ümumi mənzərəsi tamamilə dəyişmişdir. Qeyri yaşayış sahəsində QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) fəaliyyət göstərir.

Ötən illər ərzində qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti və yenidənqurma işləri ilə yanaşı, görülmüş abadlıq və yaşıllaşdırma tədbirləri nəticəsində ərazinin siması tamamilə dəyişmişdir. TRD-nin apardığı abadlaşdırma və yaşıllaşdırma tədbirləri nəticəsində ərazinin ümumi görüntüsü və ekoloji vəziyyəti xeyli dərəcədə yaxşılaşmışdır.

Ərazinin yaşıllaşdırılmasında əsasən TRD-nin bu sahədəki istixanasında yetişdirilən müxtəlif ağac növlərindən istifadə olunur. Yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə, 2013-cü ilin yaz mövsümündə yeni sahəyə 190 ədədə qədər müxtəlif ağac növləri əkilmişdir. Ümumilikdə isə ərazidə 2 410 ədəd müxtəlif ağac və gül kollarına aqrotexniki xidmətlər göstərilir.

TRD qeyd olunan ünvanda yaşıllıq sahələrinin genişləndirilməsi və tinglərin yetişdirilməsi istiqamətində işləri yüksək templə davam etdirir.


 
 
 

tarix : 17.05.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.