ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində köhnəlmiş sənaye obyektlərinin ləğvi istiqamətində işlər davam etdirilir

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əlaqədar olaraq Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, köhnəlmiş sənaye obyektlərinin şəhər hüdudlarından kənara çıxarılması və çirklənmiş torpaqların təmizlənməsi sahəsində genişmiqyaslı layihələrin həyata keçirilməsi davam etdirilir. Bu tarixi Sərəncamla əlaqədar olaraq Xətai rayonu “Qara Şəhər” ərazisində də ekoloji yönümlü layihənin icrası geniş vüsət almışdır. Bu ərazidə yeni müasir mərkəzin yaradılması və bundan sonra "Bakı Ağ Şəhər" adlandırılması nəzərdə tutulmuşdur.

2010-cu ilin fevral ayından layihənin iştirakçısı olan “Ekol Mühəndislik Xidmətləri” QSC ötən müddətdə layihənin “Yaşıl ada” ərazisinin köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində əhəmiyyətli işlər yerinə yetirmişdir.QSC-nin Tullantıların Emalı Departamenti və Torpaqların Rekultivasiyası Departamenti tərəfindən layihə ərazisinin ayrı-ayrı sahələrindən neft məhsulları ilə çirklənmiş torpaqların daşınması və süni gölməçələrdəki sənaye-çirkab suların nəqli davam etdirilir.

Bununla yanaşı, QSC-nin müvafiq departamentləri layihə ərazisinə daxil olan "Azərneftyağ" NEZ-nun köhnə təmizləyici qurğular sisteminin ləğvi ilə əlaqədar zəruri işləri də həyata keçirir. Sahənin ləğvi ilə əlaqədar mexaniki qurğulara daxil olan su və digər kommunikasiya xətləri kəsilmiş, tutumlarda olan sənaye-çirkab suları "Azərneftyağ" NEZ fəaliyyətdə olan təmizləyici qurğular sisteminə nəql olunmuşdur.

Hazırda ləğv olunacaq tutumlarda təmizləmə işləri aparılır.
 
 

tarix : 23.05.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.