ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-də "Respublika günü" münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Müstəqilliyimiz bərpa edildikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Müstəqilliyimiz bərpa edildikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

Mayın 27-də AXC-nin 95-ci ildönümü ilə əlaqədar "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində də tədbirlər keçirilmişdir. Tədbirlərdə qeyd olunmuşdur ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

Tariximizdəki xüsusi roluna diqqət çəkən çıxışçılar bildirmişlər ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk dövrlərdə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. 70 illik fasilədən sonra, 1991-ci ildə SSRİ-nin süqutu və xalqımızın milli azadlıq hərəkatı nəticəsində yaranmış əlverişli tarixi bir şəraitdə Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələri və ideyaları davam etdirilərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldı.  

Tədbirlərdə çıxış edənlər böyük əminliklə vurğulamışlar ki, bu gün Heydər Əliyev siyasi kursunu layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasəti nəticəsində Azərbaycanın demokratik, hüquqi, dünyəvi bir dövlət kimi əldə etdiyi bütün uğurlar məhz dövlət müstəqilliyimizin bəhrəsidir. Bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan Respublikası bütün sahələrdə böyük sürətlə inkişaf edir və regionun ən inkişaf etmiş dövlətlərindən birinə çevrilmişdir. Ölkə başçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Respublikamız bundan sonra daha da inkişaf edəcək, ərazi bütövlüyümüz təmin olunacaq və bayrağımız dünyanın inkişaf etmiş dövlətlərinin bayraqları sırasında daim dalğalanacaqdır.
 
 
 
 

 

tarix : 27.05.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.