ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Nəqliyyat Sexinin fəaliyyəti günün tələbləri səviyyəsindədir

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Nəqliyyat Sexi hər il olduğu kimi 2013-cü ilin müvafiq dövründə (yanvar-aprel) də QSC-nin fəaliyyət sahələrinin xüsusi texnika və avtonəqliyyat vasitələri ilə təmin edilməsində operativlik göstərmiş və qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsinə nail olmuşdur.

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Nəqliyyat Sexi hər il olduğu kimi 2013-cü ilin müvafiq dövründə (yanvar-aprel) də QSC-nin fəaliyyət sahələrinin xüsusi texnika və avtonəqliyyat vasitələri ilə təmin edilməsində operativlik göstərmiş və qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsinə nail olmuşdur.
2013-cü ilin yanvar-aprel aylarında Nəqliyyat Sexi xüsusi texnikaları və avtonəqliyyat vasitələri ilə, QSC-nin "Sifarişçi" təşkilatları olan ARDNŞ-nin Ekologiya İdarəsinin, Neft Kəmərləri İdarəsinin , Heydər Əliyev adına BNEZ-nun, "Azərneftyağ NEZ-nun , Xəzər Dəniz Neft Donanmasının istehsalat sahələrində, həmçinin "Surakhani Oİl Operation Company S.A" Şirkətinin, H.Z.Tağıyev adına NQÇİ-nin, "BibiHeybətneft" NQÇİ-nin və "Abşeronneft" NQÇİ-nin mədən ərazilərində ekoloji layihələrin həyata keçirilməsində yaxından iştirak etmişdir.
Cari ilin müvafiq dövründə Nəqliyyat Sexinin lilsovuran nəqliyyat vasitələri ilə "Surakhani Oİl Operation Company S.A" Şirkətinin mədən ərazilərindən və Xəzər Dəniz Neft Donanmasının, ARDNŞ-nin Ekologiya İdarəsinin istehsalat sahələrindən 12 min 300 m3-ə qədər mədən axıntı- çirkab sularının daşınması təmin edilmişdir. "Belarus" Mup-351, buldozer keyz markalı traktorlardan və özüboşaldan "Kamaz" markalı nəqliyyat vasitələrindən istifadə olunaraq, QSC-nin Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ" NEZ-nun istehsalat sahələrində neftşlamı emal edən dekantor (Alfa-Laval) qurğularının istismarı nəticəsində formalaşan torpaq xüsusi ərazilərə daşınmışdır.
Cari ilin dörd ayı ərzində Nəqliyyat Sexi QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin yaşıllıq sahələrinə də yüksək səviyyəli texniki xidmətlər göstərmişdir. Yaz mövsümü ilə əlaqədar ağacların əkilməsi üçün "Belarus" MTZ traktoru vasitəsilə 1000-dən çox çala qazılmışdır. "Ford Truck" 1826D markalı nəqliyyat vasitələri ilə "Bakı Ağ Şəhər", "Böyük-Şor" və H.Z.Tağıyev adına NQÇİ-nin (Qala sahəsi) layihə ərazilərinə 622 m3-ə qədər su daşınmışdır.
Nəqliyyat Sexi QSC-nin İstehsalat sahələrinin nəqliyyat vasitələri ilə, eləcə də işçilərin işə aparılıb -gətirilməsi üçün avtobuslarla təmin olunmasında da operativlik nümayiş etdirmişdir. Nəqliyyat vasitələrinə vaxtlı-vaxtında texniki xidmətlərin göstərilməsi, texniki təhlükəsizliyin təmin olunması və maddi-texniki bazanın gücləndirilməsi də daimi diqqət mərkəzində olmuşdur. Cari ildə yeni 2 ədəd minik avtomobili alınaraq istismara verilmişdir.
Nəqliyyat sexi QSC-nin bütün istehsalat sahələrinin avtonəqliyyat və xüsusi texniki vasitələrlə təmin edilməsi, zəruri olan işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
 
 
 
 

 

tarix : 30.05.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.