ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC 20-ci yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edir

İyunun 4-də “Bakı Ekspo” Mərkəzində Xəzəryanı regionda neft və qaz sahəsində ən böyük tədbir olan “Caspian Oil and Gas” 20-ci yubiley Beynəlxalq Xəzər neft-qaz, neft emalı və neft kimyası sərgi və konfransı öz işinə başlamışdır. Sərginin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, dövlət rəsmləri və şirkət rəhbərləri iştirak etmişlər. Açılış mərasimində Prezident İlham Əliyev geniş məruzə ilə çıxış etmişdir.

Sərginin əsas bölmələri neft-qaz yataqlarında hasilat, geofizika və geologiya, qaz və neft quyularının tikintisi, işlənməsi, platformalar və üzən qazma qurğuları, qaz çıxartma sənayesi üçün avadanlığın layihələndirilməsi, istehsalı və texniki qulluq, boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təminatı, neft və qaz emalı, neft-kimya məhsulları, neft və qaz saxlama sistemlərinin təmin edilməsi və s. ibarətdir.
Sərgi çərçivəsində, iyunun 5-6-da 20-ci yubiley Xəzər neft-qaz, neftayırma və neft kimyası konfransının keçirilməsi də nəzərdə tutulmuşdur. Konfransda dünya enerji bazarında dəyişikliklər, Avropanın enerji təhlükəsizliyi təminatında Azərbaycanın rolu, Xəzər regionu kəşfiyyat və hasilat sektorunun cari inkişaf istiqamətləri, Xəzəryanı dövlətlər arasında əməkdaşlıq, regional investisiya qoyuluşu, Xəzərin neft və qaz ehtiyatlarının dünya bazarlarına nəqli, Azərbaycanın ixrac yollarının şaxələndirilməsi, neft və qaz hasilatı, emalı və neft kimyası sahəsində yeni layihələr və s. mövzular müzakirə ediləcəkdir.
Sənaye və Energetika Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmi dəstəyi, Böyük Britaniyanın “ITE Group PLC” şirkətinin Qafqazda eksklüziv tərəfdaşı olan “Iteca Caspian LLC”-nin təşkilatçılığı ilə keçiriləcək sərgi və konfransa 10 mindən çox ziyarətçinin qatılması gözlənilir.
“Ekol Mühəndislik Xidmətləri” QSC də bu möhtəşəm sərgidə maraqlı stendi ilə iştirak edir. QSC-nin fəaliyyət sahələrini və həyata keçirdiyi ekoloji layihələri əks etdirən stend, elektron məlumatlar və əyani materiallar sərgi iştirakçıları tərəfindən böyük maraqla izlənilir.
Yüksək səviyyədə təşkil olunmuş, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər, idarə və müəssisələr arasında tanışlıq və əməkdaşlıq münasibətləri üçün əlverişli şərait yaratmış “Caspian Oil and Gas” 20-ci yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi iyunun 7-dək davam edəcəkdir.
 
 
 
 

 

tarix : 04.06.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.