ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri ” QSC-də 5 iyun – "Ümumdünya Ətraf Mühit Günü" ilə əlaqədar tədbirlər keçirilmişdir

 5 iyun -"Ümumdünya Ətraf Mühit Günü" -nün qeyd olunmasına, 11may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2 200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanmış müraciət səbəb olmuşdur. Bu müraciətlə onlar bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişlər. Bununla əlaqədar olaraq 16 dekabr 1972-ci ildə BMT-nin Baş Assambleyasının 27-ci sessiyasında bu günün qeyd olunması elan edilmişdir. Həmçinin, bu sessiyada BMT sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı ( UNEP) yaradılmışdır. Hər il bu təşkilat tərəfindən 5 iyun -"Ümumdünya Ətraf Mühit Günü" keçirilir. Ölkəmizdə də hər il 5 iyun tarixdə əlaqədar təşkilatlar tərəfindən -"Ümumdünya Ətraf Mühit Günü" qeyd olunur və əhalinin diqqəti bir daha ekoloji problemlərə cəlb edilir.

05.06.2013
 
Ekoloji yönümlü xidmətlər göstərən "Ekol Mühəndislik Xidmətləri" QSC də, hər il olduğu kimi 2013-cü ildə də 5 iyun -"Ümumdünya Ətraf Mühit Günü"-nü bir sıra tədbirlərlə qeyd etmişdir. Əlamətdar gün münasibətilə keçirilən tədbirdə QSC-nin Baş direktoru Ramil Əliyev "Ümumdünya Ətraf Mühit Günü"-nün yaranma tarixi və əhəmiyyəti", QSC-nin Ekoloji Monitorinq Departamentinin (EMD) rəisi Şahabiddin Albuşov "Ekol Mühəndislik Xidmətləri" QSC-nin ətraf mühitin mühafizəsi sahəsindəki rolu", EMD-nin Səyyar monitorinq xidmətinin rəisi Maqsud Babayev "Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində görülən işlər", EMD-nin rəis müavini Natella Şəfiyeva isə "Ətraf mühitin mühafizəsinə vətəndaş münasibəti" mövzularında ətraflı məruzələr etmişlər. Sonra ətraf mühitin mühafizəsi ilə əlaqədar video çarxlar nümayiş etdirilmişdir. Toplantıda QSC-nin 5 nəfər əməkdaşı isə ətraf mühitin mühafizəsi sahəsindəki səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşlar.

Sonda tədbir QSC-nin Zığ qəsəbəsi, Hövsan yolu ünvandakı Torpaqların Rekultivasiyası Departamentinin inzibati binasının (A-4) ətrafındakı yaşıllıq sahəsində tematik iməciliklə davam etmişdir. Tədbir iştirakçıları ətrafdakı insanların diqqətini cəlb etmək məqsədilə, ərazidəki bitkilərə aqrotexniki qulluq göstərmiş və yeni ağaclar əkmişlər.
 
tarix : 05.06.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...

Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.