ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC- də çalışan fəhlə və sürücülərə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərin yoxlanılması imtahanı keçirilir

QSC-də çalışan işçilərin İSO-18001 (OHSAS) standartının tələblərinə uyğun texniki təhlükəsizlik qaydaları üzrə bilik səviyyələrinin artırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə vaxtaşırı treninq və seminarlar keçirilir və dövrü olaraq təlimatlara uyğun işçilərin bilik səviyyələri yoxlanılır. Zəruri hallarda əlavə təlimatlandırma və maarifləndirmə tədbirləri görülür.

Təsdiq edilmiş qrafikə və QSC-nin baş direktorunun 10 may 2013-cü il tarixli, 01/S saylı Sərəncamına uyğun olaraq, fəhlə və sürücülərin texniki-təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması məqsədilə iyunun 10-dan biliklərin yoxlanılması imtahanına başlanılmışdır. İmtahan “Ekol Mühəndislik Xidmətləri” QSC-də çalışan fəhlə və sürücülərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, öyrədlməsi və biliklərinin yoxlanılması qaydaları haqqında" təlimatına əsasən keçirilir.
İmtahanın ilk gününün nəticələri göstərir ki, QSC-də çalışan fəhlə və sürücülərin əməyin mühafizəsi və texnik təhlükəsizlik sahəsindəki bilik səviyyələri qənaətbəxşdir. Aşkar olunmuşdur ki, bu kateqoriyadan olan işçilər tərəfindən texniki təhlükəsizlik qaydaları, təlimatlar və ən başlıcası İSO-18001 (OHSAS) standartının tələbləri dərindən mənimsənilmişdir. İmtahan QSC-nin bütün fəaliyyət sahələri əhatə olunmaqla iyunun 19-dək davam edəcəkdir.
 
 
 
 

tarix : 11.06.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.