ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Tullantıların Emalı Departamentinin 6-cı sahəsində yeni emal qurğusu istismara buraxılacaqdır

Tullantıların emalı və zərərsizləşdirilməsi sahəsində nanotexnologiyaların tətbiq edilməsi və texnoloji proseslərin ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi daimi "Ekol Mühəndislik Xidmətləri" QSC-nin diqqət mərkəzindədir. Bu məqsədlə dünyanın tanınmış şirkətlərinin istehsalı olan müasir qurğuların əldə olunması və istehsalata tətbiqi uğurla davam etdirilir.

Fəaliyyətinin ilk illərindən İsveçin "Alfa-Laval" şirkətinin istehsalı olan modul dekantor qurğularını müvəffəqiyyətlə istismar edən QSC, cari ildə həmin şirkətin istehsalı olan yeni FOX-15 separator qurğusunu da əldə edərək öz texniki parkına əlavə etmişdir. Hazırda "Alfa-Laval" şirkətinin mütəxəssislərinin iştirakı ilə Tullantıların Emalı Departamentinin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) qurğunun istismara buraxılması üçün hazırlıq işləri aparılır. FOX-15 separator qurğusunun əsas funksiyası dekantor qurğusundan çıxan maye qarışığını üç fazaya, neft məhsulu, su və mexaniki qarışığa ayırmaqdan ibarətdir.
Yeni qurğunun yaxın günlərdə istismara verilməsi nəzərdə tutulur ki, bu da neftşlamın emalı proseslərinin daha da təkmilləşdirilməsinə və ətraf mühitin mühafizəsinə öz müsbət təsirini göstərəcəkdir.

  
 
 
 

tarix : 12.06.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.