ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC-də 15 iyun- Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilmişdi

İyunun 14-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində rəhbərliyin və kollektivin nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə QSC-nin baş direktoru Ramil Əliyev tariximizin şanlı səhifələrindən olan Milli Qurtuluş gününün tarixi əhəmiyyəti və bu tarixi yaradan ümummilli liderimiz Heydər Əliyevin xidmətləri haqqında geniş məruzə ilə çıxış etmişdir.

Ramil Əliyev çıxışında qeyd etmişdir ki, 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev. Öz müstəqilliyinə yenicə qovuşmuş ölkəmizdə dərin və təzadlı siyasi proseslər baş verirdi. Bir tərəfdən hiyləgər qonşularımızın ərazi iddiası ilə apardığı müharibə, digər tərəfdən naşı, səriştəsiz ölkə rəhbərliyinin hakimiyyət hərisliyi xalqı uçurum qarşısına gətirib çıxarmışdı. Belə bir məqamda xalq Heydər Əliyevə pənah aparıb, onu ikinci dəfə hakimiyyətə gətirdi. Taleyini bu dahi şəxsiyyətə etibar edən xalq nəhayət öz azadlığına qovuşdu. Xalqının taleyinə heç zaman laqeyd qalmayan Heydər Əliyev yenə öz həyatını təhlükələrə ataraq, əvəzolunmaz siyasi bacarığı və diplomatik fəaliyyəti ilə tez bir zamanda ona etibar olunan ölkəni təhlükədən qurtardı. Ölkədə yaranan sabitlik, cəbhədə əldə olunan atəşkəs respublikanın inkişaf kursunu müəyyən etdi.

Bu qələbənin əsası məhz 15 iyunda qoyulmuşdur. Artıq respublikamız müstəqillik yolunda mətin addımlarla irəliləyir, qazandığı uğurlarla qüdrətli, aparıcı bir dövlətə çevrilir. Heydər Əliyev dünyaya sübut etdi ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi var. Həmin ənənəni bu gün uğurla davam etdirən, Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev ölkəmizin inkişafı üçün mühüm sərəncamlar verib, qərarlar qəbul etmişdir. Son dövrdə görülən quruculuq işləri, qazanılan uğurlar, əldə olunan nailiyyətlər aparılan davamlı siyasi kursun əyani təzahürüdür.

Çıxışının sonunda Ramil Əliyev bu əlamətdar gün münasibətilə QSC-nin kollektivini təbrik etmiş, onlara səadət dolu həyat və fəaliyyətlərində uğurlar arzulamışdır.

 Tədbirdə çıxış edənlər, baş direktorun SƏTƏM üzrə müavunu Rəşad İsmayılov, baş direktorun məsləhətçisi Kamil Akimov, İctimai sosial şöbənin rəisi, YAP “Ekol” ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev və başqaları Milli Qurtuluş gününün şanlı tarixindən və Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışlar. Onlar öz çıxışlarında qeyd etmişlər ki, Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir.

Natiqlər fərəhlə vurğulamışlar ki, ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu gün Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” məşhur kəlamı artıq öz tarixi təsdiqini tapmışdır.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, 15 iyun- Milli Qurtuluş gününü əks etdirən video çarxlar nümayiş olunmuşdur.
 
 
 
 
 

tarix : 14.06.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.