ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC yeni layihənin icrasına başlamışdır
 
ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planına uyğun olaraq, NEZ-nın istehsalat sahələrində də ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə yerinə yetirilən ekoloji layihələrin icraçısı isə əsasən "Ekol Mühəndislik Xidmətləri" QSC-dir.

Tədbirlər planı çərçivəsində "Ekol Mühəndislik Xidmətləri" QSC Heydər Əliyev adına BNEZ-nun sənaye-çirkab, axıntı sularının təmizlənməsi, emal proseslərində formalaşan neftşlamın emalı və zərərsizləşdirilməsi, BNEZ-nun "Bakı Ağ Şəhər" layihəsi ərazisində olan köhnə istehsalat sahələrindəki gölməçələrin qurudulması, neftlə çirklənmiş torpaqların daşınması və digər lokal layihələrini uğurla həyata keçirir.

Heydər Əliyev adına BNEZ öz istehsalat sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması və yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü tədbirlərini davamı olaraq, iyun ayında Sabunçu rayonu ərazisinin Böyük-Şor sahəsindəki 1 saylı sexinin ərazisindən neftlə çirklənmiş torpaqların daşınması barədə "Ekol Mühəndislik Xidmətləri" QSC ilə yeni müqavilə bağlamışdır.

Bununla əlaqədar, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamenti əraziyə lazımı texnika və işçi qüvvəsi cəlb etmiş və iyunun 10-da layihənin icrasına başlamışdır. Bu günədək işlər təqvim planına uyğun olaraq yerinə yetirilmişdir.
Hazırda QSC layihənin nəzərdə tutulmuş müddətdə və keyfiyyətlə yerinə yetirilməsi məqsədilə bütün zəruri tədbirləri həyata keçirir.
 
 
 
 

tarix : 18.06.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.