ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət göstərdiyi yaşıllıq sahələrində mövsümü işlər həyata keçirilir

"Ekol Mühəndislik Xidmətləri" QSC ARDNŞ-nin fəaliyyət sahələrində neftlə çirklənmiş və reabilitasiya olunmuş torpaqların landşaftının bərpası və həmin ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində xidmətlərini davam etdirir. Bu əsas xidmət sahələrindən biri də yaşıllıqlara aqrotexniki xidmətlərin göstərilməsidir.

Qeyd olunduğu kimi, QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) "Azneft" İstehsalat Birliyinin "Abşeronneft", "Bibiheybətneft" və H.Z.Tağıyev adına neftqazçıxarma idarələrinin reabilitasiya olunmuş mədən ərazilərindəki yaşıllıq sahələrində 66 mindən çox, ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisindəki yaşıllıq sahəsində isə 9 minə qədər müxtəlif ağac və bəzək kollarına yüksək səviyyəli aqrotexniki xidmətlər göstərir.

TRD-nin əməkçiləri yay mövsümü ilə əlaqədar mövcud yaşıllıq sahələrinin alaq otlarından təmizlənməsi, bitkilərin diblərinin boşaldılması, gübrələrin verilməsi və su təchizatının yay mövsümü normalarına uyğun təmin edilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirir. Yaşıllıq sahələrinin mexaniki suvarma sistemləri ilə (damcı üsulu ilə) təchiz olunması da bitkilərin isti yay günlərində su təminatının optimallaşdırılması, mühafizəsi və inkişafı üçün əlverişli şərait yaratmışdır. Hazırda TRD xidmət göstərdikləri yaşıllıq sahələrinin yay mövsümündə normal inkişafı, bitkilərin istidən və xəstəliklərdən mühafizəsi üçün ardıcıl və zəruri tədbirlərini davam etdirir.

Bu məqsədyönlü tədbirlər nəticəsində QSC-nin "Sifarişçi" təşkilatların yaşıllıq sahələrinin landşaftı hiss olunacaq dərəcədə bərpa edilmiş və ekoloji vəziyyəti xeyli dərəcədə yaxşılaşmışdır.

 
 
 

tarix : 28.06.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.