ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC neft emalı zavodlarında ekoloji vəziyyətin yaxşılaşdırılmasında yaxından iştirak edir

Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq ARDNŞ öz fəaliyyət sahələrində kompleks tədbirlər həyata keçirməkdə davam edir. Bu tədbirlər çərçivəsində neft emalı zavodlarında tullantıların idarə olunması və ətraf mühitə atılan zərərli maddələrin miqdarının azaldılması istiqamətində görülən işlər də xüsusi önəm daşıyır.

Neft emalı zavodlarında texnoloji proseslər nəticəsində formalaşan sənaye-çirkab axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi layihələrini uğurla icra edən "Ekol Mühəndislik Xidmətləri" QSC isə bu sahədə ARDNŞ-nin potensial podratçısına çevrilmişdir. QSC-nin Tullantıların Emalı Departamenti (TED) tərəfindən orta hesabla bir ildə Heydər Əliyev adına BNEZ-da 10 milyon m3-dən artıq, "Azərneftyağ" NEZ-dan isə 11 milyon m3-ə qədər sənaye-çirkab, axıntı suları təmizlənir və il ərzində hər iki zavodun istehsalat sahələrində təqribən 40 min tona qədər neftşlam emal edilərək zərərsizləşdirir ki, bu da ətraf mühitə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azalmasına və ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edir.
QSC-nin əsas sifarişçilərindən olan Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ" NEZ-nun istehsalat sahələrinin yaşayış məntəqələrinə yaxın və əhalinin sıx yaşadığı ərazilərdə yerləşməsi, bu zavodlardan atılan tullantıların təmizlənməsinə və zərərsizləşdirilməsinə xüsusi yanaşma metodları və yeni texnologiyaların tətbiqi zərurətini doğurur. Bu məqsədlə, QSC xidmət sahələrindəki mövcud mexaniki təmizləyici qurğuların məhsuldarlığını artırmaqla yanaşı, yeni texnika və texnologiyaların istehsalata tətbiqi istiqamətində də zəruri tədbirlər həyata keçirir. Hazırda xidmət sahələrində istismar olunan İsveçin "Alfa-Laval" şirkətinin modul dekantor və İtaliyanın "Pieralisi" şirkətinin modul trikantor qurğuları öz müsbət nəticələrini verməkdədir.
"Ekol Mühəndislik Xidmətləri" QSC neft emalı zavodlarında ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması və yeni texnologiyaların tətbiqi sahəsində tədbirlərini davam etdirir.
 
 
 
 
 
 

tarix : 02.07.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.