ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Rəhbər Heyətlə Mülki Müdafiə məşqi keçirilmişdir

2013-cü il üçün Nizami Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin QSC-nin Mülki Müdafiə üzrə təsdiq etdiyi illik iş planına və baş direktorun müvafiq əmrinə əsasən, iyulun 5-də QSC-də “Mülki Müdafiə qüvvələrinin mövcudluğu, təchizatının və hazırlığının yoxlanılması” məşqi keçirilmişdir. Məşqə QSC-nin xidmət sahələrinin rəhbər heyəti, Fövqəladə hallar komissiyası, Mülki Müdafiə Qərargahı və Mülki Müdafiə Qüvvələrinin komandir-rəis heyəti cəlb edilmiş, iştirakçılarla toplantı keçirilərək onların funksional vəzifələri izah olunmuş və müvafiq tapşırıqlar verilmişdir.

 
Məşqdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov və Nizami rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant İlqar Abbasov iştirak etmişlər.
Məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin və onların nəticələrinin qarşısının alınması işində təşkilatçılığı və operativliyi artırmaq, fövqəladə hadisələr zamanı Mülki Müdafiə idarəetmə orqanlarının fövqəladə hadisələrin nəticələrindən işçilərin mühafizəsi üzrə fəaliyyətlərini təkmilləşdirmək, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması işlərinin təşkili və yerinə yetirilməsi üzrə rəhbər heyət, Mülki Müdafiə Qərargahı, Mülki Müdafiə xidmətləri, dəstələri və Fövqəladə Hallar Komissiyası arasında, eyni zamanda qonşu obyektlərlə qarşılıqlı fəaliyyət, təminat, təchizat, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı davranış və s. məsələləri təkmilləşdirmək olmuşdur.
Məşq zamanı Mülki Müdafiə qüvvələri; Rabitə-xəbərdarlıq, Mühəndis- kəşfiyyat, Xilasetmə və s. manqalar hazır vəziyyətə gətirilmiş, onların təchizatı və hazırlığı nümayiş etdirilmişdir.
 
 
 

tarix : 08.07.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.