ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Tullantıların Emalı Departamenti 2013-cü ilin I-ci yarısını yüksək nəticələrlə başa vurmuşdur

QSC-nin Tullantıların Emalı Departamenti (TED) ötən illərdə olduğu kimi 2013-cü ilin I-ci yarısında da "Sifarişçi" təşkilatların müqavilə öhdəliklərini layiqincə yerinə yetirmişdr. I-ci yarımillikdə TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) BNEZ-dan mexaniki təmizləyici qurğulara daxil olan 4 milyon 656 min m3-ə qədər sənaye çirkab, axıntı suları təmizlənmiş və texnoloji proseslər nəticəsində formalaşan 15 min 956 ton qədər neftşlam müasir texniki vasitələrlə emal edilərək zərərsizləşdirilmişdir. Müvafiq dövrdə TED-nin 7-ci sahəsində isə (“Azərneftyağ” NEZ-nun 8-ci sexinin ərazisi) 5 milyon 883 min m3-dən çox sənaye çirkab suları təmizlənmiş, 5 min 600 ton neftşlam emal olunaraq zərərsizləşdirilmişdir. İl ərzində TED-nin 8-ci sahəsində "AAS-EKOL" MMC-dən daxil olan 86 tona qədər ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılmışdır.

2013-cü ilin müvafiq dövründə QSC-nin "Sifarişçi" təşkilatları olan “AA services”, AAS- ATE” MMC, “Suraxanı OYL Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, ARDNŞ-nin Ekologiya İdarəsi, "Xəzərdənizneftdonanma", "Kompleks Qazma İşləri" Tresti “AAS-Ekol” MMC və digər təşkilatlardan qəbul edilmiş 38 min 175 ton/m3-dən çox müxtəlif növ tullantılar (şlam, neft şlam, yağlı su və torpaq, məişət-təsərrüfat çirkab, axıntı suları, neftli-yağlı və mexaniki qarışıqlı tullantılar və s.) TED tərəfindən texnoloji reqlamentə uyğun təmizlənərək zərərsizləşdirilmişdir.

TED “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması” və "Bakı Ağ Şəhər" layihəsi ərazisindəki neft emalı zavodlarının köhnə istehsalat sahələrində olan süni gölməçələrdən sənaye-çirkab sularının təmizləyici qurğulara nəql edilməsi layihələrinin icrasında da fəal iştirak etmişdir. Cari ilin 6 ayı ərzində TED-nin operativ fəaliyyəti nəticəsində qeyd olunan layihə ərazilərindən 326 min 682 m3 fekal suları kənarlaşdırılmış, 204 min 267 m3 isə sənaye-çirkab suları nəql edilmişdir.

TED əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin I-ci yarısında da istehsalatın fasiləsizliyinin təmin edilməsi, göstərdiyi xidmətlərin səviyyəsinin daha da yüksəldilməsi və ətraf mühitin mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirmişdir. Bu məqsədlə, TED-nin xidmət sahələrində istismarda olan mexaniki təmizləyici qurğularda profilaktiki təmir işləri aparılmış, İsveçin "Alfa-Laval" şirkətinin yeni "FOX-15" separator qurğusunun istismara verilməsi üçün türkiyəli mütəxəssislərlə birgə hazırlıq işləri görülmüşdür.

 TED 2013-cü ildə tullantıların idarə edilməsi sahəsində qarşıda duran vəzifə öhdəliklərinə yüksək səviyyədə əməl edilməsi üçün məqsədyönlü fəaliyyətini davam etdirir.
 

 
 

tarix : 09.07.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.