ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də Birləşmiş Ərəb Əmirliklərinin "MOHAMED AL OTAİBA GROUP" Şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

ARDNŞ-nin fəaliyyət sahələrində mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində qarşıya qoyulan məsələlərin həyata keçirilməsi məqsədilə, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin yeni texnologiyarın və müasir qurumların əldə olunması üçün dünyanın inkişaf etmiş dövlətlərində fəaliyyət göstərən analoji şirkətlərlə əməkdaşlıq əlaqələri davam etdirilir. Bu əməkdaşlıq əlaqələrinin məntiqi davamı olaraq iyunun 17-də QSC-nin baş ofisində Birləşmiş Ərəb Əmirliklərinin "MOHAMED AL OTAİBA GROUP" Şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüş Azərbaycanda fəaliyyət göstərən Əməliyyat Şirkətlərinin mədən ərazilərində formalaşan lay sularının idarə olunmasına və təmizlənməsinə həsr olunmuşdur.

Görüşdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun müavinləri Məzahir Hüseynov, Rəşad İsmayılov, ARDNŞ-nin Ekoloji Layihələrin İdarəolunması şöbəsinin rəisi Rövşən Fətullayev, Suraxanı OYL Opereyşn Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İcraçı direktoru Arzu Sarbalayev, "Balakhanı Operating Company LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialının İcraçı direktoru Sabir Nəzərov, "AzGerneft" MMC-nin Texniki direktor İlqar Hüseyno , ARDNŞ-nin Ekologiya İdarəsinin, QSC-nin və Əməliyyat Şirkətlərinin müvafiq departament şöbə rəisləri və mütəxəssisləri, eləcə də "MOHAMED AL OTAİBA GROUP" Şirkətinin vitse prezidenti Omar Herzallah, "MACES A Specialty Water Oilfield Chemicals Services Company" Şirkətinin baş mütəxəssisi Mazil Zakuan Bin Mohd Noor və Şirkətin Azərbaycan nümayəndəsi Eldar Eldarov iştirak etmişlər.
QSC-nin baş direktoru Ramil Əliyev iştirakçıları səmimi salamlayaraq, görüşün məqsədi barədə onlara geniş məlumat vermiş və hazırda Əməliyyat Şirkətlərinin mədən ərazilərində formalaşan lay sularının idarə olunmasının və təmizlənməsinin prioritet ekoloji problemlərdən olmasını onların diqqətinə çatdırmışdır. Baş direktor bildirmişdir ki, bu problemin həll olunması ARDNŞ tərəfindən QSC - nə həvalə edilmiş və bu məqsədlə də yeni texnologiyaların əldə olunması istiqamətində xarici şirkətlərlə əməkdaşlıq əlaqələrimizi ardıcıl olaraq davam etdiririk. Bu görüşdə də "MOHAMED AL OTAİBA GROUP" Şirkətinin maraqlarımıza uyğun təkliflər verəcəyinə böyük ümidlər bəsləyirik. Sonra qonaqlara lay sularının xüsusiyyətləri və Azərbaycandakı mövcud normativ sənədlər barədə ətraflı məlumat vermişdir.
"MOHAMED AL OTAİBA GROUP" Şirkətinin vitse prezidenti Omar Herzallah çıxış edərək bildirdi ki, təmsil etdiyi şirkət BƏƏ -nin neft sənaye sahələrində 30 ildən artıqdır ki, mühəndislik xidmətləri göstərən və böyük təcrübəyə malik bir şirkətdir. Bu şirkət Hindistanda, İranda, Misirdə və digər xarici dövlətlərdə iri ekoloji layihələr həyata keçirmişdir. Sonra o, lay sularının idarə olunması və təmizlənməsində tətbiq edilən reagentlər barədə prezentasiyanı görüş iştirakçılarına təqdim etdi.
Prezentasiya ətrafında geniş müzakirələr aparıldı və bir çox texniki məsələlərə aydınlıq gətirildi. Görüşün sonunda qərara alındı ki, əməkdaşlıq məsələlərinin davam etdirilməsi məqsədi ilə "MOHAMED AL OTAİBA GROUP" Şirkətinin nümayəndələri Əməliyyat Şirkətlərinin ərazisində olsunlar və tədqiqat üçün həmin ərazilərdən lay suların nümunələrini götürsünlər. Aparılmış tədqiqatların nəticələrindən asılı olaraq konkret təkliflərlə yenidən müzakirələr aparılsın.
Bununla da görüş qarşılıqlı anlaşma və işgüzar şəraitdə başa çatmışdır.

tarix : 18.07.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.