ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ekoloji Monitorinq Departamenti 2013-cü ilin I yarısında da "Sifarişçi" təşkilatlara yüksək səviyyəli xidmətlər göstərmişdir

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji Monitorinq Departamenti (EMD) ötən illərdə olduğu kimi, 2013-cü ilin I yarısında da "Sifarişçi" təşkilatlara monitorinq işlərinin aparılması, ekoloji normativ-texniki sənədlərin işlənib hazırlanması və analitik tədqiqat işlərinin yerinə yetirilməsi sahəsində yüksək səviyyəli xidmətlər göstərmişdir .

Cari ilin I yarımilliyində EMD-nin Səyyar monitorinq xidməti tərəfindən ARDNŞ-nin "Azneft" İB-nin "28 May", "Neft Daşları", "Abşeronneft" və N. Nərimanov adına NQÇİ-nin mədən ərazilərində, eləcə də "Kompleks Qazma İşləri" Trestinin "Abşeron" Qİİ-nin, Tamponaj İdarəsinin, Qazmaservis və Loqistika İdarəsinin, ARDNŞ-nin Qaz Emalı Zavodunun və "Balakhanı Operatinq Company LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialının istehsalat sahələrində iş planına uyğun ekoloji monitorinq aparılmışdır. Monitorinqin nəticələri təhlil edilərək müvafiq qaydada hesabatlar hazırlanmış və "Sifarişçi" təşkilatlara təqdim olunmuşdur.
2013-cü ilin 6 ayı ərzində EMD-nin Normativ-texniki sənədlərlə iş şöbəsi ARDNŞ-nin tabeçiliyində olan təşkilatlar, həmçinin qeyri neft sektorunda fəaliyyət göstərən özəl və dövlət müəssisələri üçün müxtəlif ekoloji normativ-texniki sənədlərin hazırlanması işlərini uğurla həyata keçirmişdir. ARDNŞ-nin "Azneft" İB-nin "Neft Daşları", "28 May", "Abşeronneft", Ə.C.Əmirov adına və H.Z.Tağıyev adına neftqazçıxarma idarələrinin, həmçinin Qaz Anbarları İstismarı İdarəsinin, Qobustan Nəqliyyat İdarəsinin, Tamponaj və layların neftveriminin artırılması idarəsinin, Muradxanlı İNM-nin, "Balakhanı Operatinq Company LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialının və "Star Beton Production" MMC-nin ekoloji normativ-texniki sənədlərinin hazırlanması müvafiq qaydada davam etdirmişdir. "Suraxanı OYL Opereyşn Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin, "Azkontakt" MMC-nin və “AzGerneft” MMC-nin ekoloji normativ-texniki sənədləri isə işlənib hazırlanmış, aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra "Sifarişçi"yə təhvil verilmişdir.
2013-cü ilin I yarımilliyində EMD-nin Kompleks tədqiqatlar laboratoriyası da (KTL) QSC-nin, eləcə də "Sifarişçi" təşkilatların istehsalat sahələrində mütəmadi olaraq tədqiqat işləri aparmış və qarşıda duran vəzifələrə layiqincə əməl olunmuşdur. "Sifarişçi" təşkilatların istehsalat sahələrində aparılmış monitorinqlər zamanı götürülmüş nümunələrin fiziki-kimyəvi və kimyəvi analizləri metodikaya uyğun aparılmış və müvafiq hesabatlar hazırlanaraq sifarişçilərə təqdim edilmişdir. Eyni zamanda, ARDNŞ "Kompleks Qazma İşləri" Trestinin "Qazmaservis və Loqistika" İdarəsinin və "Abşeron" Qİİ-nin istehsalat sahələrində formalaşan axıntı sularının keyfiyyət göstəricilərinə görə tərkibinin müəyyən edilməsi KTL tərəfindən iş planına və metodikaya uyğun olaraq həyata keçirmişdir.
QSC-nin Ekoloji Monitorinq Departamenti yüksək səviyyəli xidmətlərin göstərilməsi və "Sifarişçi" məmnunluğunun əldə olunması istiqamətində fəaliyyətini səylə davam etdirir.

 

tarix : 19.07.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.