ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Respublikamızın ali təhsil müəssisələrinin tələbələri “Ekol Mühəndislik Xidmətləri” QSC-də istehsalat təcrübəsi keçmişlər

     ARDNŞ  respublikamızda fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələri ilə Əməkdaşlıq Memorandumu  imzalamışdır. Memorandumun protokol qaydalarına əsasən, ali təhsil  müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədilə  istehsalata tətbiq edilmiş yeni texnika və texnologiyaların mənimsənilməsi, neft sənayesi və ekologiya sahəsində qazanılmış təcrübədən  tələbə və müəllim heyətinin yararlanması,  təhsil müəssisələrində əldə olunmuş elmi-texniki nailiyyətlərin istehsalatda tətbiqi sahələrinin müəyyən edilməsi, eyni zamanda tələbələrdə təcrübi biliklərə marağın artırılması istiqamətində tədbirlər davam edir.

      Bununla əlaqədar olaraq,   Azərbaycan  Memarlıq və İnşaat Universitetinin “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin və Bakı Dövlət Universitetinin “Ekologiya və Torpaqşünaslıq” fakültəsinin  tələbələri   iyul ayında  “Ekol Mühəndislik Xidmətləri” QSC–nin xidmət sahələrində istehsalat təcrübəsi keçmişlər. İstehsalat təcrübəsinin səmərəli keçməsi üçün tələbələrə  bütün lazımı şərait yaradılmış, QSC-nin baş direktorunun  müvafiq əmri ilə  Ekoloji monitorinq departamentinin rəisi,  peşəkar mütəxəssis  Şahabiddin Albuşov istehsalat-təcrübə rəhbəri təyin olunmuşdur.
      Təcrübə müddətində Şahabiddin Albuşov  tələbələrə “Ekol Mühəndislik Xidmətləri”   QSC-nin fəaliyyəti haqqında  geniş məlumat vermiş, onları sənaye-axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi prosesləri, eləcə də  texnoloji qurğuların iş prinsipləri ilə yaxından tanış etmişdir. Həmçinin,  tələbələr Torpaqların rekultivasiyası departamentinin xidmət göstərdiyi sahələrdə ağaclara aqrotexniki  xidmətlərin göstərilməsi ilə tanış edilmiş, onlara  QSC-də  ətraf mühitin mühafizəsi istiqamətində həyata keçiriləcək  yeni layihələr barədə  məlumat verilmişdir.  2013-cü ilin avqust ayında  M.V. Lomonosov adına Mockva Dövlət Universitetinin, Bakı filialının kimya fakültəsinin tələbələrinin də QSC-də istehsalat təcrübəsi keçmələri nəzərdə tutulmuşdur.
      Ali təhsil ocaqlarında  təhsil alan  tələbələrinin  maarifləndirilməsi, onların elmi biliklərinin istehsalatla əlaqələndirilməsi və  gənc nəsilin təcrübi biliklərinin artırılması “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  fəaliyyətinin  prioritet  istiqamətlərindən  biridir və bu istiqamətdə daimi  məqsədyönlü tədbirlər görülür.
                         
 
 
 

tarix : 29.07.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.