ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də əməyin mühafizəsi daimi diqqət mərkəzindədir

Öz fəaliyyətini beynəlxalq standartların tələbləri səviyyəsində quran "Ekol Mühəndislik Xidmətləri" QSC-də əməyin mühafizəsinə, işçilərin sağlamlığının qorunmasına, əmək şəraitinin yaxşılaşdırılmasına və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına daimi diqqət yetirilir.

İSO:9001, İSO:14001 və OHSAS:18001 Beynəlxalq Standartlarının QSC-nin fəaliyyət sahələrinə tətbiq edilməsi ilə əlaqədar olaraq, bu standartların tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
2013-cü ildə də QSC-nin xidmət sahələrində əmək şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər davam etdirilmişdir. Cari ilin müvafiq dövründə inzibati və məişət binalarındakı sanitar qovşaqlar, yeməkxana kompleksi, əməliyyatçı və iş otaqları əsaslı təmir olunaraq işçilərin istifadəsinə verilmişdir. İl ərzində işçilər mövsümü xüsusi geyim və fərdi mühafizə vasitələri, sahələr isə yanğından mühafizə vasitələri ilə təmin olunmuşlar. İşçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında vaxtaşırı təlimlər keçirilmiş, onların bu sahədə bilikləri dövrü olaraq yoxlanılmış, yerlərdə aşkar edilmiş çatışmamazlıqların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülmüşdür.
İl ərzində QSC-də çalışan bütün işçilər dövri tibbi müayinədən keçirilmiş, zəruri hallarda işçilərə tibbi yardım göstərilmişdir. Ehtiyacı olan işçilərə sanatoriyalara və istirahət mərkəzlərinə yollayışlar verilmiş, işçilərin yay istirahəti yüksək səviyyədə təşkil olunmuşdur.
İnsan amilini fəaliyyətinin ən önəmli faktorlarından biri kimi qəbul edən "Ekol Mühəndislik Xidmətləri" QSC əməyin mühafizəsi sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsini davam etdirir.

tarix : 31.07.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.