ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də ABŞ-nın "KMT İNTERNATİONAL, İNC" Şirkətinin Azərbaycan Nümayəndəliyi ("ENER SERVE"MMC) ilə görüş keçirilmişdir

Respublikamızın neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə ARDNŞ-nin "Ekol Mühəndislik Xidmətləri" QSC-nin qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar olaraq neftşlamın emalı və zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların və sənaye-çirkab, axıntı suların təmizlənməsi sahəsində yeni texnika və texnologiyaların axtarışları davam edir. Bu məqsədlə dünya dövlətlərinin analoji şirkətləri ilə mütəmadi görüşlər keçirilir və əməkdaşlıq əlaqələri yaradılır. Növbəti görüş isə iyulun 31-də, QSC-nin baş ofisində ABŞ-nın "KMT İNTERNATİONAL, İNC" Şirkətinin fəaliyyətini Azərbaycanda həyata keçirməyə səlahiyyətli Azərbaycan Nümayəndəliyi ("ENER SERVE" MMC) ilə görüş keçirilmişdir.

Görüşdə QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, əlaqədar departament və şöbə rəisləri, mütəxəssislər, həmçinin "ENER SERVE" MMC-nin baş direktoru Nəzir Məmmədov və eksperti Nasir Eminov iştirak etmişlər. Görüşdə baş direktorun müavini Məzahir Hüseynov QSC haqqında ümumi məlumatı, və yeni texnologiyaların əldə edilməsində maraqlı olduqlarını qonaqların diqqətinə çatdırmışdır. Sonra söz "ENER SERVE" MMC-nin baş direktoru Nəzir Məmmədova verilmişdir.
Nəzir Məmmədov səmimi qəbula görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, ABŞ-nın "KMT İNTERNATİONAL, İNC" Şirkəti ekologiya sahəsində texniki mühəndislik xidmətləri göstərən bir şirkətdir. Bu Şirkətin Türkiyədə, Dubayda, Norveçdə və Azərbaycanda nümayəndəlikləri fəaliyyət göstərir. Şirkət bir çox Avropa və MDB dövlətlərində çirklənmiş tutumların və gölməçələrin müasir üsullarla təmizlənməsi layihələrini uğurla həyata keçirir. "ENER SERVE" MMC isə Şirkətin Azərbaycanda səlahiyyətli təmsilçisidir.
Sonra "ENER SERVE" MMC-nin eksperti Nasir Eminov tutumların "KMT İNTERNATİONAL, İNC" Şirkətinin mobil "MeqaMacs" kompleksi vasitəsi ilə təmizlənməsinə aid animasiyanı nümayiş etdirmiş, mobil qurğunun texniki göstəriciləri və iş prinsipi barədə görüş iştirakçılarına geniş məlumat vermişdir. Mövzu ətrafında geniş müzakirələr aparılmış sual doğuran məsələlərə aydınlıq gətirilmişdir.
Məzahir Hüseynov maraqlı təqdimata görə "ENER SERVE" MMC nümayəndələrinə öz təşəkkürünü bildirmişdir. O, hazırda respublikamızda tutumların və çirklənmiş gölməçələrin təmizlənməsinin aktuallığını və "MeqaMacs" kompleksinin Azərbaycan şəraiti üçün əlverişli və səmərəli bir qurğu olduğunu xüsusilə qeyd etmişdir. Qərara alınmışdır ki, gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması üçün ilk növbədə Azərbaycanda, xüsusilə ARDNŞ-nin tabeçiliyində olan təşkilatların istehsalat sahələrində çirklənmiş tutumların və gölməçələrin statistikası dəqiqləşməli, qurğunun texniki xüsusiyyətləri, qiyməti, çatdırılması, quraşdırılması, servis xidmətləri haqqında dəqiqləşmələr aparılsın və bu sahədə müzakirələr davam etdirilsin. Bununla da işgüzar şəraitdə keçən görüş başa çatmışdır.
  

 

tarix : 01.08.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.