ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“ Ekol Mühəndislik Xidmətləri ” QSC Bakı Ağ Şəhər layihəsinin icrasında öz layiqli tövhələrini verməkdədir

"Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı çərçivəsində Bakı Ağ Şəhər layihəsi uğurla həyata keçirilir. Bununla əlaqədar olaraq, ARDNŞ-nin Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ" NEZ-nun layihə ərazisindəki köhnə sənaye obyektlərinin ləğv olunması, neftşlamın və neftlə çirklənmiş torpaqların ərazidən daşınması işləri də yüksək templə davam etdirilir.

Dövlət Neft Şirkəti də bu layihənin icrasına böyük önəm verir. ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış və ekoloji yönümlü fəaliyyəti ilə tanınmış “Ekol Mühəndislik Xidmətləri” QSC, potensial "Podratçı" qismində layihə ərazisindən neftşlamın və neftlə çirklənmiş torpaqların daşınması, eləcə də sənaye-çirkab, axıntı sularının nəql edilməsi işlərini müvəffəqiyyətlə həyata keçirir.
2010-cu ildən Bakı Ağ Şəhər layihəsinin icrasında yaxından iştirak edən QSC-nin Torpaqların Rekultivasiyası Departamenti tərəfindən 2013-cü ilin müvafiq dövrü də daxil olmaqla, ARDNŞ-nin Heydər Əliyev adına BNEZ və "Azərneftyağ" NEZ-nın layihə ərazisindəki köhnə sənaye obyektlərindən 26 min m3 -dən çox neftşlam və 1 milyon 884 min 255 m3-ə qədər neftlə çirklənmiş torpaq daşınmışdır. QSC-nin Tullantıların Emalı Departamenti tərəfindən isə həmin ərazilərdən 282 min 400 m3 -dən çox sənaye-çirkab, axıntı suları təmizləyici qurğulara nəql edilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC Bakı Ağ Şəhər layihəsi ərazisində üzərinə düşən vəzifələrə layiqincə əməl edir.
 
 

tarix : 05.08.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.