ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC -də müqəddəs Ramazan bayramı münasibətilə tədbirlər keçirilmişdir

Xeyir-bərəkətlə dolu Ramazan ayını başa vururuq. Avqustun 8-9-da Ramazan–Fitr bayramı dünya müsəlmanları tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunur. Bu müqəddəs bayramın əsl mahiyyəti ilk növbədə insan ruhunun yeniləşməsi, saflaşması, ilahi ab-havaya qərq olması ilə bağlıdır.

Bizlər bu ayın hər gününü Allaha doğru yüksələn bir pillə sanıb, addım-addım yüksələrək bu mənəvi zirvəyə çatırıq. Arxaya çevrilib baxdıqda və ruhumuza nəzər saldıqda özümüzü bir ay öncədən 30 pillə yüksəklikdə görürük. Elə Ramazan ayının bitməsi də bu yüksəlişin qeyd olunmasıdır. Bu bayram sevinci Ramazan ayında yüksəlişə nail olmamızın, Allaha doğru gedən yolda daha 30 pillə yüksəldiyimizin, yeni ilahi zirvələr fəth etdiyimizin, günahlardan təmizlənməyimizin və Ulu Tanrıya daha da yaxın olmağımızın sevincidir.
Bir müsəlman dövləti olaraq hər il olduğu kimi, bu il də Ramazan bayramı respublikamızda böyük təntənə ilə qeyd olunur. Bu bayram “Ekol Mühəndislik Xidmətləri” QSC-də də sevinc və ruh yüksəkliyim ilə qeyd olunmuş, avqustun 7-də bu münasibətlə QSC-nin ayrı-ayrı struktur bölmələrində tədbirlər keçirilmişdir. Tədbirlərdə QSC-nin istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, İqtisadiyyat və Uçot İdarəsinin rəisi Əli Bağış, İctimai Sosial Şöbənin rəisi, YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Ələkbərov və digər çıxış edənlər kollektivi bu bayram münasibətilə təbrik etmiş, Ulu Tanrıdan onlara sülh, əmin-amanlıq, ruzi-bərəkət, firavanlıq bəxş etməsini və oruc tutanların oruclarının qəbul olunmasını arzulamışlar. Sonda QSC-nin kollektivinin 100-ə qədər oruc tutmuş üzvlərinə ərzaq məhsulları paylanmışdır. Oruc tutan işçilər bu diqqət və qayğıya görə QSC-nin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.
 
 

tarix : 07.08.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.