ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Elektromexanika Sexi 2013-cü ildə də QSC-nin istehsalat sahələrinə yüksək səviyyəli texniki xidmətlər göstərir

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi, qurğu və avadanlıqların daim işlək vəziyyətdə olması məqsədilə, Elektromexanika Sexi əvvəlki illərdə olduğu kimi cari ilin müvafiq dövründə də məqsədyönlü fəaliyyət göstərmişdir.

 "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi, qurğu və avadanlıqların daim işlək vəziyyətdə olması məqsədilə, Elektromexanika Sexi əvvəlki illərdə olduğu kimi cari ilin müvafiq dövründə də məqsədyönlü fəaliyyət göstərmişdir.

2013-cü ildə Elektromexanika Sexinin işgüzar kollektivinin səyi nəticəsində Tullantıların Emalı Departamentinin (TED) 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) istismarda olan trikantor ("Pierialisi") qurğusunun P-1 və P-2 nasosları əsaslı təmir olunmuş, qurğunun yuyulması üçün əlavə buxar xətti çəkilmişdir. TED-nin 6-cı sahəsinin çənlər parkında neft xəttinin üzərində olan bütün siyirtmələr təftiş və təmir edilmişdir. 1 saylı sənaye axarında N-1 və N-2 nasoslarına gələn hava xətti tam dəyişdirilmişdir. "Borger" markalı nasoslar əsaslı təmir edilmiş, sahələrdə olan bütün səyyar nasosların qəbul və çıxış xətləri yenilənmişdir. Qazanxanada qazın təzyiqini tənzimləmək üçün yeni QRP quraşdırılmışdır. N-15 və N-21 nasoslarının hava xətti dəyişdirilmişdir. "Flotator" nasosxanasında N-4 nasosu üçün yeni xətt çəkilmiş, dövretmə nasosxanasında isə N-1-1 nasosunun hava xətti və yağ kolbası tənzimlənmişdir. 10 bölməli nefttutucuda olan bütün siyirtmələr dəyişdirilmiş, 2 ədəd yeni suçiləyici xətt çəkilmişdir. TED-nin 6-cı sahəsində yeni FOX-15 qurğusunun quraşdırılmış, qurğuya elektrik və siqnal xətləri çəkilmiş, elektrik idarəetmə lövhəsinin yeri dəyişdirilmişdir.

Bunlarla yanaşı, Elektromexanika Sexi müvafiq dövrdə QSC-nin bütün fəaliyyət sahələrində operativ və keyfiyyətli texniki xidmətlər göstərmişdir. Cari ilin dörd ayı ərzində Elektromexanika Sexi tərəfindən H.Z.Tağıyev adına NQÇİ-nin Qala sahəsində yeni SD markalı su vuran nasos quraşdırılmış, "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində yeni inşa edilmiş istilikxanada quraşdırma işləri aparılmışdır. Bakı Ağ Şəhər layihəsi ərazisində su vuran nasosların işləməsi üçün gərginlik xətti çəkilmişdir. Hazırda yarımstansiyada təmir və yenidənqurma işləri davam etdirilir.

Elektromexanika Sexi QSC-nin istehsalat sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir.
 
 

tarix : 13.08.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.