ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC H.Z.Tağıyev adına NQÇİ-nin fəaliyyət sahələrində ekoloji layihələri uğurla həyata keçirir

Son illərdə ARDNŞ-nin neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planı çərçivəsində H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində də önəmli ekoloji layihələr həyata keçirilir. Bu layihələrin icra olunmasında isə əsas "Podratçı" qismində "Ekol Mühəndislik Xidmətləri" QSC iştirak edir.

2010-cu ildən başlayaraq QSC-nin Torpaqların rekultivasiyası departamenti H.Z. Tağıyev adına NQÇİ-nin 2-ci mədən ərazisində 10 hektara qədər sahədə neftlə çirklənmiş torpaqların təmizlənməsi layihəsini uğurla başa vurmuş, həmin sahədə 11 300 ədəddən çox müxtəlif növ ağac və bəzək kolları əkilərək aqrotexniki xidmətlər göstərilmişdir. 2011-2012-ci illərdə isə NQÇİ-nin 4-cü mədən ərazisində neftlə çirklənmiş torpaqların rekultivasiyası işləri yerinə yetirilmişdir. Hazırda H.Z.Tağıyev adına NQÇİ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

2013-cü ildə QSC NQÇİ-nin 1-ci mədən ərazisində (Qala sahəsi) yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi layihəsinin icrasına başlamışdır. Cari ilin yaz mövsümündə Torpaqların rekultivasiyası departamentinin (TRD) 1-ci sahəsinin kollektivi tərəfindən NQÇİ-nin 1-ci mədən ərazisində (Elektrosex) 3 mindən çox, İdarənin inzibati binasının ərazisində isə 2 minə qədər müxtəlif ağac növləri əkilmişdir. Hazırda TRD bu ərazidə əkinə qədər olan ağaclar da daxil olmaqla 6 minə qədər müxtəlif ağac növlərinə aqrotexniki xidmətlər göstərir. Bitkilərin normal inkişafı üçün bütün aqrotexniki qaydalara ciddi əməl etməklə yanaşı, su təchizatının yaxşılaşdırılması üçün ərazi mexaniki suvarma (damcı üsulu ilə) sistemi ilə təmin olunmuş və zəruri tədbirlər görülmüşdür.

"Ekol Mühəndislik Xidmətləri" QSC H.Z. Tağıyev adına NQÇİ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması layihələrinin icrasını uğurla davam etdirir.
 
 

tarix : 16.08.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.