ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində yaşıllaşdırma işlərinə xüsusi diqqət yetirilir

QSC-nin istehsalat sahələrində iş şəraitinin və ekoloji vəziyyətin yaxşılaşdırılması, işçilərdə estetik təsirin gücləndirilməsi vacib bir amil kimi həmişə diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədlə, QSC-nin istehsalat sahələrində zərərli maddələrin təsir dərəcəsinin azaldılmasında mühüm rol oynayan yaşıllıqların salınması, bitkilərin mühafizəsi və inkişaf etdirilməsi işləri günü-gündən genişlənməkdədir.

Bu işlərin yerinə yetirilməsində isə QSC-nin İnzibati təsərrüfat şöbəsinin (İTŞ) kollektivinin əməyi böyükdür. İTŞ-nin təcrübəli mütəxəssislərinin və bağbanların fəaliyyəti nəticəsində ötən ildə olduğu kimi cari ildə də yaşıllıq sahələri genişləndirilmiş, ağac və bəzək kollarının sayı xeyli dərəcədə artırılmışdır. Yaşıllıq sahələri müasir suvarma sistemləri ilə təchiz olunmuşdur. Bağbanların gərgin əməyi sayəsində isti yay günlərində suvarma işlərinin müntəzəm aparılması və yaşıllıqlara lazımı aqrotexniki xidmətlər göstərilməsi nəticəsində, istehsalat sahələri gül-çiçəyə və yaşıllıqlara bürünmüşdür.
QSC-də istehsalat proseslərinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi nəticəsində atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması da yaşıllıqların inkişaf etməsinə öz müsbət təsirini göstərmişdir.
Ekoloji vəziyyətin yaxşılaşdırılmasında və insan sağlamlığının qorunmasında yaşıllıqların roluna böyük önəm verən və istehsalat sahələrinin yaşıllaşdırılmasını fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul edən "Ekol Mühəndislik Xidmətləri" QSC bundan sonra da bütün zəruri tədbirlərin həyata keçirilməsini planlaşdırmışdır.
 
 

tarix : 20.08.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.