ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, Bakı filialının tələbələri “Ekol Mühəndislik Xidmətləri” QSC-də istehsalat təcrübəsi keçirlər

Respublikamızda fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrinin müraciətinə əsasən, avqustun 28-də M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin, Bakı filialının kimya fakültəsinin IV-cü kurs tələbələrinin "Ekol Mühəndislik Xidmətləri" QSC-də istehsalat təcrübəsinə başlamışlar. QSC-nin Ekoloji Monitorinq Departamentinin rəisi, istehsalat-təcrübə rəhbəri Şahabiddin Albuşov tələbələrə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin yaranma tarixi, maddi-texniki bazası əsas fəaliyyət sahələri və həyata keçirdiyi ekoloji layihələr haqqında geniş məlumat vermişdir.

İstehsalat təcrübəsi müddətində tələbələr neft emalı zavodlarında formalaşan, neft məhsulları və digər kimyəvi maddələrlə çirklənmiş axıntı sularının təmizlənməsi üsulları, neftşlamın emalı texnologiyaları, eləcə də qurğuların iş prinsipi ilə yaxından tanış olacaqlar. Eyni zamanda, tələbələr Torpaqların Rekultivasiyası Departamentinin yaşıllıq sahələrində ağaclara göstərdiyi aqrotexniki xidmətlərlə, həmçinin QSC-də ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən ekoloji layihələrlə tanış ediləcəklər.
Protokol qaydalara əsasən, ali təhsil müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədilə istehsalata tətbiq edilmiş yeni texnika və texnologiyaların mənimsənilməsi, neft sənayesi və ekologiya sahəsində qazanılmış təcrübədən tələbə və müəllim heyətinin yararlanması, təhsil müəssisələrində əldə olunmuş elmi-texniki nailiyyətlərin istehsalatda tətbiqi sahələrinin müəyyən edilməsi, eyni zamanda tələbələrdə təcrübi biliklərə marağın artırılması istiqamətində tədbirlər davam edir.
Xatırladırıq ki, ötən ay Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin və Bakı Dövlət Universitetinin “Ekologiya və Torpaqşünaslıq” fakültəsinin tələbələri də "Ekol Mühəndislik Xidmətləri" QSC-də istehsalat təcrübəsi keçmişlər.
 

tarix : 29.08.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.