ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

İşçilərin yay istirahəti başa çatmışdır

"Ekol Mühəndislik Xidmətləri" QSC-də "Kollektiv əmək müqaviləsi"nin şərtlərinə uyğun olaraq işçilərin yay istirahətlərinin səmərəli təşkili istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Hər il işçilərin yay istirahəti respublikamızın müxtəlif dilbər guşələrində yerləşən istirahət mərkəzlərində təşkil olunur.

2013-cü ildə də işçilərin yay istirahətlərinin səmərəli təşkil olunması diqqət mərkəzində olmuşdur. Bu il işçilərin yay istirahətləri füsunkar gözəlliyi ilə göz oxşayan Lerik rayonunun “RELAX” İstirahət Mərkəzində təşkil olunmuşdur. İyun ayından başlayaraq QSC-də çalışan işçilər növbə ilə şənbə və bazar günlərində öz istirahətlərini bu İstirahət Mərkəzində keçirirlər. İşçilərin istirahətlərinin mənalı və yüksək səviyyədə keçməsi üçün QSC-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. İstirahət müddətində işçilər arasında futbol, nərd və digər idman yarışları keçirilir, maraqlı gəzintilər təşkil edilmişdir.

Bununla yanaşı, Həmkarlar İttifaqı Komitəsinin xətti ilə işçilərin ailəvi istirahətlərinin təşkil olunması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yay istirahət mövsümündə 29 (102 nəfər ailə üzvü ilə birlikdə) nəfər işçiyə respublikamızın müxtəlif istirahət mərkəzlərində ailəvi dincəlmələri üçün yollayışlar verilmişdir. 2013-cü ilin yay istirahət mövsümünə başlandığı müddətdən indiyədək QSC-də çalışan 352 nəfərədək işçinin yay istirahəti "RELAX" İstirahət Mərkəzində yüksək səviyyədə təşkil edilmişdir. Avqust ayının sonunda QSC işçilərinin yay istirahətləri başa çatmışdır.

Növbəti illərdə də işçilərin yay istirahətinin səmərəli keçməsi üçün tədbirlər davam etdiriləcəkdir.
 

  

tarix : 10.09.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.