ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Fransanın Antea Group şirkətinin nümayəndələri ilə görüş

Sentyabrın 12-də QSC-nin baş ofisində Fransanın Antea Group şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin İdarəolunması şöbəsinin rəisi Rövşən Fətullayev, QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, ARDNŞ-nin Ekologiya İdarəsinin, eləcə də QSC-nin əlaqədar departament və şöbə rəisləri iştirak etmişlər.

QSC-nin baş direktoru fransalı qonaqları səmimi salamlayaraq, ARDNŞ-nin təşəbbüsü ilə keçirilən bu görüşün məqsədi və əhəmiyyəti barədə iştirakçılara məlumat verdi. Sonra söz Antea Group şirkətinin nümayəndələrinə təqdim olundu.
Antea Group şirkətinin nümayəndəsi öncə səmimi qəbula görə QSC rəhbərliyinə dərin təşəkkürünü bildirdi. Sonra o təmsil etdiyi şirkət haqqında elektron məlumatı görüş iştirakçılarına təqdim etdi. Qeyd olundu ki, Antea Group ətraf mühitin mühafizəsi və tullantıların idarə olunması sahəsində fəaliyyət göstərən beynəlxalq bir şirkətdir. Bu şirkətdə 3 500 nəfər işçi çalışır, Belçikada, Niderlandda, Kanadada və dünyanın bir çox ölkələrində nümayəndəlikləri vardır. Şirkət İnogen Alyansın üzvüdür. Şirkət əsasən ətraf mühitin qiymətləndirilməsi, layihələrin idarə olunması, auditlərin keçirilməsi, ekoloji monitorinqlərin aparılması və s. bu kimi məsləhətçi fəaliyyət sahələri ilə məşğuldur. Şirkətin təmsilçisi həyata keçirdikləri layihələr haqqında geniş məlumat verdi.
Sonra görüş iştirakçıları təqdimat ətrafında geniş müzakirələr apardılar və bir sıra texniki məsələlərə aydınlıq gətirildi. Antea Group şirkətinin təmsilçisi bildirdi ki, "Ekol Mühəndislik Xidmətləri" QSC də analoji fəaliyyət sahələri ilə məşğuldur və bu sahədə artıq özünü təsdiq etmişdir. Odur ki, Azərbaycanda fəaliyyət göstərmək üçün QSC-ni etibarlı partnyor hesab edərək birgə əməkdaşlıq etmək niyyətindədirlər.
Sonda QSC-nin baş direktoru Ramil Əliyev maraqlı məlumatlara və təklifə görə fransalı qonaqlara öz təşəkkürünü bildirdi. Qərara alındı ki, şirkətlər ikitərəfli qaydada öz fəaliyyət sahələri ilə yaxından tanış olub, həyata keçiriləcək layihələr barədə konkret təkliflər təqdim etsinlər. Yalnız bundan sonra ARDNŞ-nin qarşıya qoyduğu məsələlərin icrasına uyğun olaraq gələcək əməkdaşlıq əlaqələrinin istiqamətləri müəyyən edilə bilər. Bununla da görüş başa çatmışdır.
 

  

tarix : 13.09.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.