ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də ABŞ-nın "KMT İnternational" firmasının və "ENER SERVE" MMC -nin nümayəndələri ilə görüş keçirilmişdir

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xarici əlaqələrinin genişləndirilməsi və nanotexnologiyaların əldə olunması sahəsindəki tədbirlər planı çərçivəsində sentyabrın 17-də, QSC-nin baş ofisində ABŞ-nın "KMT İnternational" firmasının və "ENER SERVE" MMC-nin nümayəndələri ilə görüş keçirilmişdir.

Görüşdə QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, əlaqədar departament və şöbə rəisləri, mütəxəssislər, eləcə də "KMT İnternational" firmasının prezidenti Boris Melamand, firmanın MDB üzrə meneceri Sergey Şapavalov, "ENER SERVE" MMC-nin baş direktoru Jeef Kolyani, MMC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəzir Məmmədov və mütəxəssis meneceri Naser Eminov iştirak etmişlər.
Görüşdə QSC-nin baş direktorunun müavini Məzahir Hüseynov qonaqları səmimi salamlayaraq QSC haqqında ümumi məlumatı onların diqqətinə çatdırmış, "ENER SERVE" MMC-nin nümayəndələri ilə bundan əvvəl keçirdikləri görüşün xoş təəssürat yaratdığını xatırlatmışdır. O, bu görüşdə də yeni texnologiyalar barədə maraqlı məlumatların əldə olunacağına və əməkdaşlıq əlaqələrinə zəmin yaracağına əminliyini bildirmışdir. Sonra söz qonaqlara təqdim olunmuşdur.
Qonaqlar səmimi qəbul üçün QSC rəhbərliyini öz minnətdarlıqlarını bildirmişlər. "KMT İnternational" firmasının MDB üzrə meneceri Sergey Şapavalov, "ENER SERVE" MMC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəzir Məmmədov və digər qonaqlar təmsil etdikləri təşkilatlar haqqında geniş məlumat vermişlər. Qeyd olunmuşdur ki, ABŞ-nın "KMT İnternational" firması ekologiya sahəsində texniki mühəndislik xidmətləri göstərən bir təşkilatdır. Bu firmanın Türkiyədə, Dubayda, Norveçdə və Azərbaycanda nümayəndəlikləri fəaliyyət göstərir. Firma bir çox Avropa və MDB dövlətlərində çirklənmiş tutumların, çənlərin və gölməçələrin müasir üsullarla təmizlənməsi layihələrini uğurla həyata keçirir. "ENER SERVE" MMC isə firmanın Azərbaycanda səlahiyyətli təmsilçisidir.
Sonra, "KMT İnternational" firmasının istehsalı olan mobil "MeqaMacs" kompleksi vasitəsi ilə trutumların təmizlənməsinə aid animasiya filmi, həmçinin mobil qurğunun texniki göstəriciləri və iş prinsipi barədə elektron məlumatlar görüş iştirakçılarına təqdim olunmuşdur. Mövzu ətrafında geniş müzakirələr aparılmış və bir çox sual doğuran məsələlərə aydınlıq gətirilmişdir.
Sonda Məzahir Hüseynov maraqlı təqdimata görə qonaqlara öz təşəkkürünü bildirmişdir. O, çirklənmiş tutumların, çənlərin və gölməçələrin təmizlənməsinin "Ekol Mühəndislik Xidmətləri" QSC-nin əsas fəaliyyət sahələrindən biri olduğunu və bu baxımdan "MeqaMacs" kompleksinin diqqət doğurduğunu xüsusilə vurğulamışdır. Qərara alınmışdır ki, gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması üçün qarşılıqlı araşdırmalar aparılsın və bu istiqamətdə görüşlər davam etdirilsin. Bununla da işgüzar şəraitdə keçən görüş başa çatmışdır.

tarix : 20.09.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.