ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC 20 sentyabr “Neftçilər günü” peşə bayramını yüksək əmək göstəriciləri ilə qarşılayır

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyası, hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilir. Azərbaycan neftçiləri öz fədakar əməyi ilə yüksək peşəkarlıq nümayiş etdirir və gələcəkdə daha böyük nailiyyətlərə imza atmaq üçün inamla mübarizə aparırlar.

Hər il respublikamızda 20 sentyabr " Neftçilər günü" peşə bayramı yüksək əhval-ruhiyyə ilə qeyd olunaraq, respublikamızın iqtisadiyyatının dinamik inkişafında misilsiz fədakarlıq göstərən bu peşə sahiblərinin əməyinə xüsusi diqqət və rəğbət göstərilir. 2013-cü ildə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamları ilə neft sənayesi sahəsində çalışan bir sıra qabaqcıl işçiyə Fəxri adlara verilmişdir.
Dövlət Neft Şirkətinin və "Lancer Services S.A " şirkətinin təsisçiliyi ilə yaradılmış "Ekol Mühəndislik Xidmətləri" QSC də hər il olduğu kimi, bu ildə də neftçilərin peşə bayramını yüksək əmək göstəriciləri ilə qarşılayır. ARDNŞ-nin neft sənayesi sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair tədbirlər planına uyğun olaraq, QSC 2013-cü ilin müvafiq dövründə bir sıra aktual ekoloji layihələrin uğurla həyata keçirilməsinə nail olmuşdur.
Cari ilin müvafiq dövründə "Azneft" İB-nin və "Kompleks Qazma İşləri" Trestinin tabeçiliklərində olan bir sıra təşkilatların istehsalat sahələrində iş planına uyğun ekoloji monitorinq işləri aparılmış, nəticələr təhlil edilərək müvafiq qaydada hesabatlar hazırlanmış və "Sifarişçi" təşkilatlara təqdim olunmuşdur. Eyni zamanda, bir sıra NQÇİ və Qİİ ilə yanaşı bəzi Əməliyyat şirkətləri üçün müxtəlif ekoloji normativ-texniki sənədlərinin hazırlanması işləri də uğurla həyata keçirilmişdir. Bir çox ekoloji normativ-texniki sənədlər işlənib hazırlanmış və aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra "Sifarişçi"yə təhvil verilmiş, digər sənədlərin işlənməsi isə davam etdirilir.
2013-cü ilin müvafiq dövründə Heydər Əliyev adına BNEZ-dan mexaniki təmizləyici qurğulara daxil olan 7 milyon m3-dən çox sənaye çirkab, axıntı suları təmizlənmiş və texnoloji proseslər nəticəsində formalaşan 19 min tona qədər neftşlam müasir texniki vasitələrlə emal edilərək zərərsizləşdirilmişdir. “Azərneftyağ” NEZ-nun isə 8 milyon m3-dən çox sənaye çirkab suları təmizlənmiş, 7 min tona qədər neftşlam emal olunaraq zərərsizləşdirilmişdir. "AAS-EKOL" MMC-dən daxil olan 100 tona qədər ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılmış, digər təşkilatlardan daxil olan 42 min ton/m3-ə qədər müxtəlif növ tullantılar (şlam, neft şlam, yağlı su və məişət-təsərrüfat çirkab, axıntı suları, neftli-yağlı və mexaniki qarışıqlı tullantılar və s.) texnoloji reqlamentə uyğun olaraq təmizlənərək zərərsizləşdirilmişdir.
Cari ildə QSC-nin həyata keçirdiyi prioritet ekoloji layihələrdən olan “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması” və "Bakı Ağ Şəhər" layihəsi ərazisindəki neft emalı zavodlarının köhnə istehsalat sahələrində olan süni gölməçələrdən sənaye-çirkab sularının təmizləyici qurğulara nəql edilməsi işləri də təqvim planına uyğun yerinə yetirilmişdir. Müvafiq dövrdə qeyd olunan layihə ərazilərindən 586 min 319 m3 fekal suları kənarlaşdırılmış, 255 min 930 m3 isə sənaye-çirkab suları nəql edilmişdir.
Neft sənayesi sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi, reabilitasiya olunmuş ərazilərdə yaşıllıqların salınması və landşaftın bərpası layihələrini icra edən QSC 2013-cü ilin yanvar-avqust aylarında "Sifarişçi" təşkilatlara yüksək səviyyədə xidmət göstərmişdir. Bu müddət ərzində Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ" NEZ-nun "Bakı Ağ Şəhər" layihəsi ərazisində yerləşən istehsalat sahələrindən 670 min 288 m3, Heydər Əliyev adına BNEZ-nun 1-ci sexinin ərazisindən (Böyük-Şor sahəsi) isə 22 min 665 tondan çox neftlə çirklənmiş torpaq daşınmışdır.
QSC 2013-cü ildə də ARDNŞ-nin fəaliyyət sahələrində yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərini davam etdirmişdir. Hazırda QSC-nin Torpaqların Rekultivasiyasl Departamenti tərəfindən “Abşeronneft”, "BibiHeybətneft" və H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində, eləcə də ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində 80 mindən çox müxtəlif ağac növlərinə və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir. QSC yaşıllıq sahələrinin genişləndirilməsi və bitkilərin normal inkişafı üçün məqsədyönlü tədbirlərini davam etdirir.
Ekoloji vəziyyətin yaxşılaşdırılması və insanların sağlamlığına təsir göstərən mənfi amillərin aradan qaldırılması missiyasını yerinə yetirən “Ekol Mühəndislik Xidmətləri” QSC, gələcəkdə də respublikamızda, xüsusilə ARDNŞ-nin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində modern bir şirkət kimi fəaliyyətini davam və inkişaf etdirəcəkdir.

tarix : 20.09.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.