ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də Milli Müstəqillik gününə həsr olunmuş tədbir keçirilmişdir

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində və istehsalat sahələrində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 22-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir. Tədbirlərdə çıxış edənlər QSC-nin kollektivini bu tarixi hadisə münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və əbədi yaşaması naminə əmək və həyat fəaliyyətlərində uğurlar arzulamışlar.

 

Çıxışlarda Milli Müstəqilliyimizin tarixi məqamları iştirakçıların diqqətinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan xalqı öz müstəqilliyinə qovuşmaq üçün mübarizələrlə dolu çox çətin və şərəfli tarixi bir yol keçmişdir. 1991-ci il Oktyabrın 18-i isə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunduğu gündür. İstiqlaliyyətimizi yenidən qazanmağımızın 22 yaşı tamam olur. Beləliklə, 1991-ci ilin bu günü Azərbaycan Respublikası 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı və varisi elan olundu. Ötən əsrin əvvəllərində cəmi 23 ay müstəqil olan Azərbaycan yenidən azadlığa qovuşdu.
Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Xalqımızın səsvermə hüququna malik olan 95%-i dən çoxu referendumda iştirak edərək yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərirdi. Onun müstəqilliyini dünya dövlətləri tanımağa başlamışdır. Azərbaycan Respublikasını ilk olaraq Türkiyə Cümhuriyyəti, sonra isə Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya və başqa dövlətlər tanıdılar. 1992-ci ildə Azərbaycanın BMT-yə üzv qəbul edildi.
Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı.
Belə bir tarixi şəraitdə, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev "müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
Azərbaycan dövlətinin qazandığı bütün uğurlar ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir. Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərin məzmunlu və hərtərəfli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir və inkişaf etdirir. Məhz bütün bunların nəticəsidir ki, oktyabrın 9-da keçirilən növbəti Prezident seçkilərində ulu öndərin banisi olduğu Yeni Azərbaycan Partiyası və onun hazırkı lideri İlham Əliyev böyük səs çoxluğu ilə yenidən xalqın etimadını qazandı.
Hazırda Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi məqsədyönlü siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, ölkəmizin dövlət müstəqilliyi əbədidir və dönməzdir.

                                          


tarix : 18.10.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.