ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də AMEA-nın Mineral Xammalın Kompleks Emalı üzrə Texnoloji Bürosunun direktoru ilə görüş keçirilmişdir

Oktyabrın 21-də, QSC-nin baş ofisində " Neftlə çirklənmiş torpaqların və neftşlamların utilizasiyası və zərərsizləşdirilməsi texnologiyalarının işlənməsində Azərbaycan Milli Elmlər Akademiyası, Mineral Xammalın Kompleks Emalı üzrə Texnoloji Bürosunun (MXKE Tİ XKTB) fəaliyyəti" mövzusunda görüş keçirilmişdir. Görüşdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun müavinləri Məzahir Hüseynov, Rəşad İsmayılov, ARDNŞ-nin Ekoloji layihələrin İdarəedilməsi şöbəsinin rəisi Rövşən Fətullayev, "Azneft" İB-nin baş direktorunun ekologiya məsələləri üzrə müavini Faiq Cəfərov, ARDNŞ-nin Ekologiya İdarəsinin və QSC-nin əlaqədar departament, şöbə rəisləri, mütəxəssislər, eləcə də AMEA-nın MXKE Tİ XKTB-nun direktoru Qəhrəman Həsənov iştirak etmişlər.

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyev ilk öncə qonaqları salamlamış və görüşün məqsədi barədə onlara məlumat vermişdir. Sonra söz AMEA-nın MXKE Tİ XKTB-nun direktoru Qəhrəman Həsənova təqdim olunmuşdur.
Qəhrəman Həsənov öz çıxışında qeyd etmişdir ki, MXKE Tİ XKTB 1991-ci ildən AMEA-nın nəzdində fəaliyyət göstərir və o vaxtdan respublikamızın ekoloji problemləri, xüsusilə neftlə çirklənmiş torpaqların və neftşlamların utilizasiyası və zərərsizləşdirilməsi texnologiyalarının işlənməsi ilə məşğuldur. O, çirklənmiş torpaqlara fiziki-kimyəvi təsir metodları haqqında geniş məruzə etdi və elektron məlumatları görüş iştirakçılarının diqqətinə çatdırdı. Təqdimatdan sonra mövzu ətrafında geniş müzakirələr aparıldı və bir sıra məqamlara aydınlıq gətirildi.
Sonda qərara alındı ki, təklif olunan texnologiyaların və qurğuların tətbiqi sahəsində birgə araşdırmalar aparılsın və konkret nəticələr əldə edildikdən sonra gələcək əməkdaşlıq əlaqələrinin istiqamətləri müəyyən edilsin .
Bununla da görüş qarşılıqlı anlaşma və işgüzar şəraitdə başa çatmışdır.

 

tarix : 22.10.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.