ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol mühəndislik Xidmətləri" QSC 2013-cü ilin 9 ayını uğurla başa vurmuşdur

     "Ekol mühəndislik Xidmətləri" QSC əsas xidmət sahələri üzrə 2013-cü ilin  9 ayını layiqli göstəricilərlə başa vuraraq "Sifarişçi" təşkilatların müqavilə öhdəliklərini uğurla yerinə yetirmişdir. 
   QSC-nin Ekoloji Monitorinq Departamenti  cari ilin 9 ayında  müqavilə  şərtlərinə uyğun olaraq ARDNŞ-nin Qaz Emalı Zavodunda, "Azneft" İB-nin  "28 may", "Neft daşları, "Abşeronneft", N.Nərimanov adına NQÇİ-də və    ARDNŞ-nin "Kompleks Qazma İşlər" Trestinin  ayrı-ayrı idarələrində, həmçinin "Balakhanı Operatinq Company LTD" Şirkətinin  Azərbaycan Respublikası filialında təqvim planına uyğun olaraq ekoloji monitorinq işlərini həyata keçirmişdir.  Bununla yanaşı,  "Azneft" İB-nin  10-a qədər təşkilatları, "Suraxanı OYL Opereyşn Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Balakhanı Operatinq Company LTD" Şirkətinin  Azərbaycan Respublikası filialı, "Azkontakt" MMC və "Star Beton Production" MMC  üçün  bir sıra ekoloji normativ-texniki     sənədlərin işlənib hazırlanması davam etdirilmiş, bir çox sənədlər isə sifarişçilərə təhvil verilmişdir.

Departamentin Kompleks Tədqiqatlar Laboratoriyası da üzərinə düşən vəzifələri layiqincə icra etmişdir.
     Cari ilin 9 ayında  QSC-nin Tullantıların emalı departamentinin (TED) 6-cı sahəsində Heydər Əliyev adına  BNEZ-nun 7 milyon 476 min m3,  7-ci sahəsində isə "Azərneftyağ" NEZ- nun  8  milyon 822 min  m3-dən  çox sənaye çirkab suları təmizlənmişdir.  Müvafiq olaraq 6-cı sahədə 21 min  177 ton, 7-ci sahədə isə 8 min 160 ton neftşlam emal olunaraq zərərsizləşdirilmişdir. Bu müddət ərzində  "AAS-EKOL" MMC-dən  daxil olan 112 tona qədər  ərsin parafini su və mexaniki qarışıqlardan təmizlənmişdir.     
     Hesabat dövründə QSC-nin  TED tərəfindən "Sifarişçi" təşkilatlarından  ( ARDNŞ-nin Ekologiya İdarəsi, "Kompleks Qazma İşləri" Tresti, "Neftqaztikinti" Tresti, "Xəzərdənizneftdonanma", "Suraxanı OYL Opereyşn Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi,  AAS-ATE MMC, "AAS-EKOL" MMC,    FHN-nin Xəzər Hövzə Qəza-xilasetmə xidməti, "Az Metanol KO" MMC, "İnter Qaz Servis" MMC , və s.)  təmizləyici qurğulara daxil olan 57 min m3-ə qədər mədən axıntı, məişət təsərrüfat,   döşəməaltı, lyal axıntı,  neftli suların daşınması və  təmizlənməsi, v 3 min tona qədər  neftşlamın, eləcə də neftli torpağın isə emalı və utilizasiyası həyata keçirilmişdir.  Eyni zamanda,  ARDNŞ-nin Sosial İnkişaf İdarəsi ilə olan müqaviləyə əsasən Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış Böyük Şor sahəsindən 413 min 407 m3-dək  fekal suları kənarlaşdırılmış, Bakı Ağ Şəhər  layihəsi ərazisindən isə Heydər Əliyev adına BNEZ-nun və  "Azərneftyağ"  NEZ-nun  istehsalat sahələrindəki gölməçələrdə yığılmış 282 min 210 m3-dək  sənaye çirkab suları nəql edilmişdir.
      2013-cü ilin 9 ayında QSC-nin   Torpaqların  Rekultivasiyası Departamenti də  müqavilə öhdəliklərinə layiqincə əməl etmişdir.  Bakı Ağ Şəhər layihəsi çərçivəsində ARDNŞ-nin Heydər Əliyev adına BNEZ-nun və  "Azərneftyağ"  NEZ-nun ərazisindən  749 min  684 m3-dən çox  neftşlamın və neftlə çirklənmiş torpaqların daşınmasını təmin olunmuş,  ARDNŞ-nin "Azneft" İB-nin  H.Z.Tağıyev adına, "Abşeronneft", "BibiHeybətneft", NQÇİ-nin mədən ərazilərində və Qaz Emalı Zavodunun ərazisində  76 min 826 ədəd müxtəlif ağac növlərinə aqrotexniki xidmətlər göstərilmişdir. Hesabat dövründə  QSC-nin digər xidmət sahələrində də işlər uğurla həyata keçirilmiş, qarşılıqlı əməkdaşlıq və yeni ekoloji layihələrin icrası sahəsində bir çox xarici və yerli təşkilatlarla işgüzar görüşlər keçirilmişdir.
     "Ekol mühəndislik Xidmətləri" QSC üzərinə düşən öhdəliklərin layiqincə yerinə yetirilməsi sahəsində fəaliyyətini davam etdirir.
 
 
 

tarix : 23.10.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.