ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət sahələrində texniki təhlükəsiz tədbirləri OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə uyğun həyata keçirilir

  "Ekol Mühəndislik Xidmətləri" QSC-də xidmət sahələrinin və  ekoloji layihələrin texniki təhlükəsizliyinin təmin edilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması və bu sahədə işlərin beynəlxalq  standartlar səviyyəsinə çatdırılması məqsədilə ardıcıl  tədbirlər həyata keçirilir. 

           Bununla əlaqədar olaraq, QSC-nin xidmət sahələrində əmək şəraitinin yaxşılaşdırılması,  texniki təhlükəsizlik qaydalarına   riayət olunması, işçilərin  istehsalat sanitariya normalarına uyğun  məişət otaqları,  xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunmalarına diqqət artırılır, əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin olunması istiqamətində mühüm işlər  yerinə yetirilir.  Əmək şəraitinin təhlükəsizlik normalarına uyğunlaşdırılması, istehsalat zədələnmələlərinin qarşısının alınması məqsədilə, texniki təhlükəsizlik sahəsində illik tədris proqramına uyğun olaraq QSC-də çalışan işçilərə vaxtaşırı təlimlər və məşqlər keçirilir, təyin olunmuş müddətlərdə onların bilik səviyyələri yoxlanılır,  əlavə təlimatlandırma və maarifləndirmə tədbirləri görülür.
    QSC-nin xidmət sahələrində yanğından mühafizə tədbirlərinin gücləndirilməsi, bu sahədə işçilərin bilik səviyyələrinin artırılması və yanğından mühafizə vasitələrindən istifadə qaydalarının dərindən mənimsənilməsi  də diqqət mərkəzində saxlanılır.   Keçirilən dövrü məşğələlərdə işçilərə yanğın zamanı davranış qaydaları və ilkin yanğınsöndürmə vasitələrinin xarakteristikaları izah edilir, onların istifadə qaydaları nümayiş olunur.   
    QSC-nin qəbul etdiyi və sertifikat aldığı OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə uyğun olaraq   xidmət sahələri müasir texniki təhlükəsizlik və yanğından mühafizə vasitələri, yanğınsöndürən köpük, eləcə də müvafiq təlimatlar və ədəbiyyatlarla təchiz edilmiş, işçilər xüsusi geyim və tibbi yardım vasitələri ilə  təmin olunmuşlar.            
     QSC-də texniki təhlükəsizlik işlərinin OHSAS 18001 beynəlxalq standartlarının tələbləri  səviyyəsində qurulması istiqamətində işlər davam etdirilir.
 
 
 
 
 

tarix : 25.10.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.