ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Yüksək səviyyəli xidmət və "Sifarişçi" məmnunluğunun qazanılması Parafin təmizləmə sexinin fəaliyyətinin prioritet istiqamətidir

     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin (TED)  əsas fəaliyyət sahələrindən biri də  ərsin parafininin  sudan və mexaniki qarışıqlardan təmizlənməsidir.  Bu məqsədlə 2007-ci ildə  QSC-nin O.Vəliyev 1  ünvanda yerləşən xidmət sahəsində  (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi)  müasir  standartlara cavab verən, istehsal gücü bir dövr (48 saat) ərzində 17 ton olan yeni parafin təmizləmə sexi  inşa edilərək istifadəyə  verilmişdir.    Hazırda TED-nin 8-ci sahəsi kimi fəaliyyət göstərən  Parafin təmizləmə sexi fəaliyyəti  dövründə "Sifarişçi"  təşkilatlardan qəbul etdiyi 900 tondan çox  ərsin parafinini reqlamentə uyğun olaraq  təmizləmişdir.

     Əvvəlki illərdə olduğu kimi  2013-cü ilin 9 ayı ərzində də TED-nin   8-ci sahəsi  məhsuldar işləmiş, "AAS-EKOL" MMC- dən qəbul etdiyi  112 tona qədər parafini sudan və mexaniki qarışıqdan  təmizləyərək təyinatı üzrə təhvil vermişdir.

    TED-nin 8-ci sahəsinin fəaliyyətinin  fasiləsizliyinin təmin olunması və texnoloji proseslərin   beynəlxalq standartların tələbləri səviyyəsində qurulması da daimi diqqət mərkəzindədir. Bu məqsədlə vaxtaşırı olaraq sexdə  profilaktiki təmir, yenidənqurma  və abadlaşdırma işləri   həyata keçirilir.  Cari ilin payız-qış mövsümü ilə əlaqədar hazırda 8-ci sahədə   su, buxar və hava xətlərinin  izolyasiyası, qurğu və avadanlıqların, boru xətlərinin  təyinatına uyğun rənglənməsi, eləcə də profilaktiki təmir işləri  həyata keçirilir.

     TED-nin Parafin təmizləmə sexi yüksək səviyyəli xidmət, "Şifarişçi"  məmnunluğunun qazanılması, texnoloji proseslərin təkmilləşdirilməsi və nanotexnologiyaların  istehsalata tətbiqi istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirir.
 
 
 
 
 

tarix : 29.10.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.