ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Nəqliyyat Sexi 2013-cü ildə də səmərəli fəaliyyət göstərmişdir

     “Ekol Mühəndislik Xidmətləri” QSC-nin  fəaliyyətində  xüsusi rolu olan Nəqliyyat Sexi (NS) əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin 9 ayında da  öz səmərəli fəaliyyəti ilə uğurlu nəticələrə imza atmışdır.

     Cari ilin müvafiq dövründə "Suraxanı OYL Opereyşn Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində, ARDNŞ-nin "Xəzərdənizneftdonanma"da, Neft Kəmərləri İdarəsində, Heydər Əliyev adına  BNEZ-da, "Azərneftyağ" NEZ-da, "Abşeronneft", BibiHeybətneft" və H.Z.Tağıyev adına  NQÇİ-nin mədən ərazilərində  QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında da NS yaxından iştirak etmiş, xidmət sahələri fasiləsiz olaraq xüsusi texnika və nəqliyyat vasitələrlə təmin olunmuşdur.
      Bu müddət ərzində  xüsusi texnikalar vasitəsilə ("Belarus" MTZ-892, Ekskovator MST-542, Buldozer Keyz, özüboşaldan "Kamaz" markalı avtomaşınlar və s.)  layihə ərazilərinə 158  m3 torpaq, 8 m3 peyin, 3 200 m3 su, 40 m3 münbit torpaq, 15 ton həcmində armatur və digər yüklər daşınmışdır. Bu ərazilərdən 35 m3 müxtəlif tullantılar çıxarılmış, 1 800 ədəd ağac əkilməsi üçün çala, 60 m uzunluğunda isə  kanal qazılmışdır.  Lilsovuran nəqliyyat vasitələri ilə ARDNŞ-nin  Neft Kəmərləri İdarəsinin Abşeron rayonu ərazisindəki istehsalat sahəsində bioloji qurğularda məişət-texniki suların  təmizlənməsi və neftli-yağlı suların təmizlənməsi (162 saat) həyata keçirilmişdir.
     2013-cü ilin 9 ayında NS  "Sifarişçi" təşkilatların  ərazilərindən çirkab suların  təqvim planına uyğun daşınmasını  da təmin etmişdir. Lilsovuran nəqliyyat vasitələri ilə "Suraxanı OYL Opereyşn  Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mədən ərazilərindən 28 min 190 m3 çirkab suları, ARDNŞ-nin "Xəzərdənizneftdonanma"dan  418 min 755 m3 döşəməaltı-lyal axıntı suları, Ekologiya İdarəsindən ərazilərindən 60 m3 neftli, kimyəvi tərkibli sular “Ekol Mühəndislik Xidmətləri” QSC-nin təmizləyici qurğularına daşınmışdır. Eyni zamanda ARDNŞ-nin "Neftqaztikinti" trestinin  ərazisindən 453 m3 axıntı çirkab sularının, "Az Metanol KO" MMC-nin fəaliyyət sahələrindən isə 36 m3 neftlə çirklənmiş suların daşınması həyata keçirilmişdir.
      Cari ildə QSC-nin  yaşıllıqlara aqrotexniki xidmətlərin göstərilməsi layihələrinin icrasında da  NS fəallıq göstərmiş,  bitkilərin əlavə suya olan tələbatını, eləcə də layihə ərazilərində  məişətdə istifadə olunan su ehtiyaclarını  təmin etmək üçün məqsədyönlü tədbirlər görmüşdür. Bu məqsədlə  "Ford Truck" 1826 D   markalı nəqliyyat vasitəsilə  H.Z.Tağıyev adına      NQÇİ-nin Qala sahəsinə  955 m3 , A-4 sahəsinə 1 430 m3 ,  Böyük-Şor , Bakı Ağ Şəhər, layihə ərazilərinə 47 m3 , Dübəndi və Zığ sahələrinə isə 110 m3 -ə qədər su daşınmışdır.
      Bununla yanaşı, hesabat dövründə NS-nin nəqliyyat vasitələrinə texniki xidmətin səviyyəsinin artırılması istiqamətində də məqsədli tədbirlər həyata keçirilmişdir. Nəqliyyat vasitələrinin fasiləsiz rejimdə işləməsi üçün lazımı ehtiyat hissələri və yanacaq sürtgü materialları ilə təmin olunmuşdur. Nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışdan keçirilmiş, yol vərəqələri və norma həddində yanacaq sürtgü materialları ilə  təmin edilmişdir. Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qabaqlayıcı tədbirlər görülmüş,  sürücülərə  vaxtaşırı  təlimatlar keçirilmişdir.
     Nəqliyyat Sexi  öz fəaliyyətini  QSC-də istehsalatın fasiləsizliyinin təmin edilməsi və ekoloji layihələrin keyfiyyətlə  həyata keçirilməsi üçün yüksək səviyyəli texniki xidmətlərin göstərilməsinə yönəltmiş və bu istiqamətdə fəaliyyətini əzmlə davam etdirir.
 
 
 
 
 

tarix : 31.10.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.