ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda keşirilən beynəlxalq konfransda iştirak etmişdir

         Noyabr 4-5-də  “Fairmont Baku” mehmanxanasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  və “İDEA”nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans  keçirilmişdir. “İteca Caspian” MMC və “Practical Solitions Group” şirkətləri isə  bu konfransın keçirilməsinə  təşkilatı  dəstək göstərmişlər.

        Konfransın keçirilməsində məqsəd regionun davamlı inkişafı üçün ətraf mühitin cari vəziyyətinin kompleks təhlilini vermək, təbii ətraf mühitin müxtəlif komponentlərinin tədqiqində yeni üsul və texnologiyalardan istifadə təcrübəsini bölüşmək, ətraf mühitin mühafizəsi üzrə təkliflər işləyib hazırlamaq və yaxın onillik üçün ətraf mühitin inkişaf dinamikasına dair proqnozlar verməkdən ibarətdir.

        Konfransda müxtəlif ölkələrin hökumət təşkilatları, dünyanın neft-qaz şirkətlərinin nümayəndələri, habelə ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislərdən ibarət 250 nəfərlik nümayəndə heyəti iştirak etmişdir. Açılış sessiyasında ARDNŞ-nin prezidenti cənab Rövnəq Abdullayev, ekologiya üzrə Vitse-prezident xanım Rəfiqə Hüseynzadə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseynqulu Bağırov, “BP” şirkətinin Vitse-prezidenti cənab Stiv Flinn, eləcə də Böyük Britaniya Parlamentinin Lordlar palatasının üzvü Lord Mandelson iştirak edirdilər. Konfransa Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Parlamentin Energetika komitəsinin sədri cənab Valeh Əsgərov, Böyük Britaniya Parlamentinin Nümayəndələr Palatasının Enerji və İqlim dəyişikliyi Komitəsinin sədri cənab Tim Yeo, ABŞ Konqresinə Ohayo ştatından seçilmiş xanım Jan Şmidt, “Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, Türkiyə Respublikasının Ətraf mühit və şəhərsalma nazirinin müavini cənab Mehmet Emin Birpınarın, Polşa Respublikasının ekolgiya nazirinin müavini Petr Voznyak, Avstriya İqtisadiyyat Nazirliyinin enerji məsələləri üzrə baş direktor müavini cənab Artur Mayer və digərləri də qatılmışlar.

       Beynəlxalq konfransda neft sənayesində ətraf mühitin mühafizəsi üzrə ən yeni texnologiyaların tətbiqi və bu sahədə əldə olunan nailiyyətlər, həmçinin,  neft-qaz sənayesinin inkişafı və atmosfer emissiyaları, dəniz  neft-qaz əməliyyatlarının su hövzələrinə təsiri, neft və neft məhsulları ilə çirklənmiş torpaqların reabilitasiyası, neft sənayesində yaranan tullantıların idarə olunmasına innovativ yanaşma, neft-qaz əməliyyatlarında alternative enerji və enerjinin səmərəliliyi kimi mövzular geniş müzakirə olunmuşdur. Bununla yanaşı, konfrans çərçivəsində ARDNŞ-nin son illərdə həyata keçrtdiyi iri ekoloji layihələr, yeni tullantı mərkəzinin yaradılması, gənclər arasında ekoloji maarifləndirmə tədbirləri və bu sahədə İDEA ilə sıx əməkdaşlıq əlaqələri barədə iştirakçılara  ətraflı məlumat verilmişdir.

       Konfransın keçirilməsində  "Ekol Mühəndislik Xidmətləri"  QSC də yaxından iştirak etmişdir. Beynəlxalq konfransın 4-cü sesiyasında  QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılovun "Ekol Mühəndislik Xidmətləri" QSC-nin tullantıların idarə olunması sahəsindəki təcrübəsi" mövzusundakı çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və məruzəçiyə  ünvanlanməş suallar dolğun şəkildə cavablandırılmışdır.

       Xatırladaq ki,  konfransa  birbaşa dəstək göstərən  ARDNŞ  (Platin sponsor) həm də konfransa  baş sponsorluq etmişdir.  Digər sponsorlar arasında “BP” (“Qızıl” sponsor),   “Total ” (“Gümüş”sponsor), “Cross Caspian Oil & Gas Logistics LTD”, "Ekol Mühəndislik Xidmətləri"  QSC, “AZLAB” və “Earth” (“Bürünc”sponsorlar) kimi şirkətlər də yer almışdır.

         Bununla da  alimlərin, ictimai xadimlərin və şirkət nümayəndələrinin  müasir ekoloji problemlər üzrə qlobal çağırışlara cavab axtarışına istiqamətlənmiş beynəlxalq konfrans noyabrın 5-də öz işini uğurla başa çatdırmışdır.

 

 
 
 

tarix : 05.11.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.