ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Yeni qurğunun istismara verilməsi ilə əlaqədar "Alfa-Laval" şirkətinin mütəxəssisləri QSC-də treninq keçirmişlər

      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xarici əlaqələri günü-gündən genişlənməkdədir. İsveçrənin "Alfa-Laval" şirkəti ilə əməkdaşlıq əlaqələri isə QSC-nin fəaliyyətinin ilk illərindən (2007-ci ildən) başlamış, bu şirkətin istehsal etdiyi və məhsuldarlığı 30 m3/saat  olan 2 ədəd  modul dekantor qurğuları alınaraq istismara verilmişdir.  

     Ötən illər ərzində, modul dekantor qurğuları vasitəsilə QSC-nin xidmət sahələrində, o cümlədən Heydər Əliyev adına BNEZ, "Azərneftyağ" NEZ, "BibiHeybətneft" NQÇİ və digər "Sifarişçi" təşkilatlarda formalaşan 100 min tonlarla neftşlam emal edilərək zərərsizləşdirilmişdir. Bu proseslər hazırda da davam etdirilir.

     Bununla yanaşı ,   modul dekantor qurğularının tam istehsal gücü ilə istismar edilməsi və texnoloji proseslərinin keyfiyyətinin daha da yasxşılaşdırılması istiqamətində  ardıcıl tədbirlər həyata keçirilir.  Bu məqsədlə  QSC, cari ildə "Alfa-Laval" şirkətinin istehsalı olan  yeni modul FOX-15 separator qurğusunu  əldə edərək öz texniki parkına əlavə etmişdir. FOX-15 separator qurğusunun  əsas funksiyası  dekantor  qurğusundan çıxan  maye qarışığını  üç fazaya,  neft məhsulu, su və mexaniki qarışığa ayırmaqdan ibarətdir.

     Hazırda "Alfa-Laval" şirkətinin mütəxəssislərinin iştirakı ilə  Tullantıların Emalı Departamentinin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nin 9-cu sexinin ərazisi) qurğunun istismara buraxılması istiqamətində  hazırlıq işləri görülür. Qurğunun səmərəli istismarının təmin edilməsi və düzgün idarə olunması məqsədilə  ikitərəfli əməkdaşlıq əlaqələri genişləndirilir.

     Qurğunun istismara verilməsi ilə əlaqədar, noyabrın 6-da "Alfa-Laval" şirkətinin mütəxəssisləri QSC-nin Tullantıların Emalı Departamentinin rəhbər və mühəndis-texniki işçiləri ilə treninq          keçirmişlər. Treninqdə iştirakçılara FOX-15 qurğusunun texniki xarakteristikası, iş prinsipi,  eləcə də  istismar və profilaktiki texniki xidmət qaydaları haqqında geniş izah  verilmiş, elektron məlumatlar təqdim olunmuşdur.  Mövzu  ətrafında geniş müzakirələr aparılmış və sual doğuran məsələlərə aydınlıq gətirilmişdir.

   "Ekol Mühəndislik Xidmətləri" QSC-nin "Alfa-Laval" şirkəti ilə əməkdaşlığı davam etdirilir.

  
 
 
 

tarix : 07.11.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.