ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

İtaliyanın RİCCOBONİ şirkəti "Ekol Mühəndislik Xidmətləri" QSC-də prezentasiya keçirmişdir

       Müasir  texnika və texnologiyalardan istifadə etməklə Avropada ətraf mühitin mühafizəsi və tullantıların  emalı  sahəsində  mühüm layihələr həyata keçirən İtaliyanın RİCCOBONİ şirkəti  noyabrın 14-də QSC-nin baş ofisində "Lay sularının təmizlənməsi " mövzusunda prezentasiya keçirmişdir.

       Təqdimatda  "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, SƏTƏM üzrə müavini Rəşad İsmayılov, əlaqədar şöbə rəisləri və   RİCCOBONİ şirkətinin  baş icraçı direktoru Marco Riccoboni, baş maliyyə direktoru Angelo Riccoboni, şirkətin Azərbaycan Respublikası üzrə meneceri Murad Əlizadə, həmçinin  şirkətin baş mühəndisi Lorenzo Bracceschi və Beleau Wood Group şirkətinin baş icraçı direktoru Patrick Campos   iştirak etmişlər.

    RİCCOBONİ şirkəti  "Ekol Mühəndislik  Xidmətləri" QSC-nin " Suraxanı OYL Opereyşn Kompani S.A." Şirkətinin  Azərbaycan Respublikasındakı Nümayəndəliyinin, " Balakhanı Opereting Company LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialının və "AzGerneft" MMC-nin mədən ərazilərindəki  lay sularından götürülmüş nümunələrinin  analitik təhlilləri əsasında hazırlanmış  elektron məlumatları,  təmizləyici qurğular sistemini  və texnoloji prosesləri  iştirakçılara təqdim etmişdir.

      Böyük maraqla dinlənilən  prezentasiya  geniş müzakirələrlə davam etmiş, iştirakçıların çoxsaylı suallarına ətraflı cavablar verilmişdir.  Bununla yanaşı,  tədbir iştirakçıları  texnoloji qurğuların ərazi üzrə yerləşdirilməsi, bir sıra texniki və maliyyə, eləcə də lay sularının təmizlənməsi proseslərindən  alınan iri həcmdə  duz kütləsinin  idarə olunması məsələlərinin  araşdırılmasına ehtiyac olduğunu  xüsusilə qeyd etmişlər.

      QSC-nin baş direktorunun müavini Məzahir Hüseynov maraqlı təqdimat  üçün    RİCCOBONİ şirkətinin  nümayəndəliyinə öz  minnətdarlığını bildirmiş  və bu tip texnologiyanın sənaye -çirkab suları üçün də  məqsədəuyğunluğunu qeyd etmişdir. O, qonaqları QSC-nin Kompleks Tədqiqatlar Laborartoriyası və təmizləyici qurğuları ilə tanış olmağa dəvət etmişdir.

                              
 
 
 

tarix : 14.11.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.