ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də Kanadanın Nelson Environmental Remediation LTD şirkətinin təqdimatı olmuşdur

      Azərbaycanda neft sənayesinin inkişafı və neft hasilatının artırılması  ölkəmizin iqtisadi  qüdrətinin  günü -gündən güclənməsinə  böyük  təkan verir. Neft sənayesinin inkişafı fonunda respublikamızda ekoloji problemlərin həlli  və ətraf mühitin mühafizəsi sahəsində də  mühüm əhəmiyyətli dövlət proqramları qəbul edilərək  icra olunur. Dövlət Neft Şirkəti də sovetlər dövründən miras qalmış, həmçinin hazırda  neftin hasilatı və emalı zamanı formalaşan   neftşlamların və neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində ardıcıl  məqsədyönlü tədbirlər həyata keçirir.

      ARDNŞ-nin fəaliyyət sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsində "Ekol Mühəndislik Xidmətləri" QSC də yaxından iştirak edir. Bununla əlaqədar olaraq, QSC  bu sahədə yeni texnika və texnologiyaların əldə olunması məqsədilə vaxtaşırı olaraq dünyanın analoji şirkətləri ilə işgüzar görüşlər keçirir və ikitərəfli əməkdaşlıq əlaqələri yaradır. Yeni texnologiyaların axtarışı ilə əlaqədar noyabrın 15-də, QSC-nin baş ofisində Kanadanın Nelson  Environmental Remediation LTD şirkəti "neftlə çirklənmiş torpaqların termik üsulla təmizlənməsi texnologiyaları" mövzusunda təqdimat  keçirilmişdir.

     Təqdimatda ARDNŞ-nin Ekoloji Layihələrin İdarəedilməsi şöbəsinin rəisi Rövşən Fətullayev, Ekologiya İdarəsinin baş mühəndisi Yaqub Ağasiyev, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, SƏTƏM üzrə müavini Rəşad İsmayılov, “Azneft” İB-nin əməkdaşı, eləcə də  əlaqədar  departament və şöbə rəisləri, həmçinin Nelson  Environmental Remediation LTD şirkətinin ABŞ üzrə prezidenti Kirk Shellum və Kanada üzrə prezidenti Darryl  Nelson iştirak etmişlər.

      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov iştirakçıları salamlayaraq onlara görüşün məqsədi barədə qısa məlumat verdi. O, qeyd etdi ki,  ARDNŞ-nin neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində QSC-nin qarşısında qoyduğu vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə yeni texnologiyalara böyük ehtiyac vardır. Bu baxımdan da  analoji şirkətlərlə müntəzəm görüşlər keçirilir. Rəşad İsmayılov bu gün ki, görüşün də əhəmiyyətli olacağına ümidvar olduğunu bildirdi.

      Nelson şirkətinin  Kanada üzrə prezidenti Darryl Nelson səmimi qəbula görə  QSC rəhbərliyinə öz minnətdarlığını bildirdi  və 2012-ci ilin avqust ayında Bakıya etdiyi səfərdən çox məmnun olduğunu bildirmişdir. O, bildirdi ki, təmsil etdiyi şirkət  ətraf mühitin mühafizəsi, xüsusilə neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində ixtisaslaşmışdır. Şirkət  20 ildən artıqdır ki, ABŞ, Kanada , Alberta və bir sıra digər ölkələrdə uğurlu layihələr həyata keçirmişdir. Darryl Nelson ötən gün "Abşeronneft", "BibiHeybətneft", H.Z.Tağıyev adına N.Nərimanov adına, Ə.Əmirov adına NQÇİ-nin mədən ərazilərindəki  çirklənmiş torpaqlarla tanış olduqlarını  və bu torpaqların təmizlənməsi sahəsində əməkdaşlıq əlaqələri üçün zəmin yarandığını iştirakçıların diqqətinə çatdırdı.

     Sonra Darryl Nelson şirkətin neftlə çirklənmiş torpaqların təmizlənməsi texnologiyaları və istifadə olunan qurğular haqqında elektron məlumatları tədbir iştirakçılarına təqdim etdi. O,  qurğuların texniki parametrləri, enerji sərfiyyatı, texnoloji proseslərin ardıcıllığı  və s. informasiyaları ətraflı olaraq izah etdi. Sonra iştirakçılar tərəfindən  təqdimatın mövzusu ətrafında geniş müzakirələr aparıldı və qaranlıq məqamlara aydınlıq gətirildi.

    Sonda Rəşad İsmayılov maraqlı təqdimata görə Nelson şirkətinin nümayəndələrinə öz təşəkkürünü bildirdi. Qərara alındı ki,  görüşlər və təcrübə mübadilələri davam etdirilməklə yanaşı,  Azərbaycandakı neftlə çirklənmiş torpaqların və texnoloji qurğuların  xarakteristikaları  ikitərəfli qaydada araşdırılsın və əldə olunmuş konkret nəticələr ARDNŞ ilə razılaşdırıldıqdan sonra gələcək əməkdaşlıq əlaqələrinin  istiqamətləri müəyyən edilsin.

                                    

 
 

tarix : 15.11.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.